Vətən həsrətini səhnəyəd daşıyan “Babür. Həsrət...” tamaşası Əndicanda teatrsevərlərlə təqdim olunub
Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalı çərçivəsində dramaturq Usmon Azimin qələmə aldığı “Babür. Həsrət...” (“Bobur. Sog‘inch...”) adlı tarixi dram əsəri teatrsevərlərə təqdim olunub.
Özbək xalqının tarixi şəxsiyyətlərindən biri olan Zahirəddin Məhəmməd Babürün həyatına həsr edilmiş tamaşada baş qəhrəman Babür obrazını Zafarbek Sayburhanov canlandırır. Tamaşada Möhimbegim obrazını Malika Satimova ifa edir. Geniş aktyor heyətində İlhomcan Musayev və Murat Satimov kimi sənətçilər də yer alırlar.
Babürün doğma vətəninə bəslədiyi sonsuz sevgini əsas mövzuya çevirən səhnə əsəri onun yalnız hökmdar və şair kimi deyil, həm də coğrafiyaşünas, tarixçi, təbiətşünas və mütəfəkkir kimi şəxsiyyətini tamaşaçılara çatdırır. Tamaşada Babürün insani fəzilətləri təsirli tarixi hadisələr vasitəsilə səhnəyə gətirilir. Düşməni İbrahim Ludiinin anası Məlikə Baydunun ona zəhər verməsinə baxmayaraq, ana olduğu üçün onu bağışlaması, eləcə də vəliəhd oğlu Hümayun Mirzənin ağır xəstəliyi zamanı onun sağalması naminə öz canını fəda etməsi dramatik üslubda təqdim olunur.