TÜRKSOY
30 oktyabr 20261 dəq oxuma

TÜRKSOY-un Baş katibi Sultan Raevdən Türk Dövlətləri Təşkilatının yeni Baş katibi Mirvahid Əzimova təbrik mesajı

WhatsApp Image 2026-10-30 at 21.45.01

Türk Dövlətləri Təşkilatının Baş katibi

Zati-aliləri, Mirvahid ƏZİMOV

 

Hörmətli dostum,

Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən 13-cü Zirvə Görüşündə Baş katib vəzifəsinə seçilməyiniz bizi son dərəcə məmnun etmişdir. Bu mühüm və şərəfli vəzifəyə təyin olunmağınız münasibətilə öz adımdan və TÜRKSOY ailəsi adından Sizi ən səmimi duyğularımla ürəkdən təbrik edirəm.

Keçmişdə Sizinlə eyni çətir altında çalışmaq, ortaq məqsədlər uğrunda əmək sərf etmək və Türk Dünyasına birlikdə xidmət etmək imkanı əldə etdiyim üçün hər zaman məmnunluq duymuşam. Həmin günlərdən bu günə qədər davam edən dostluğumuz və qarşılıqlı etimadımız mənim üçün xüsusi dəyər daşıyır.

Peşəkar təcrübənizə, çalışma əzminizə və Türk Dünyasının gələcəyinə səmimi bağlılığınıza yaxından şahid olmuş biri kimi, belə mühüm məsuliyyətin Sizə həvalə edilməsindən şəxsən böyük qürur duyuram. İnanıram ki, bu vəzifə illər ərzində ortaya qoyduğunuz əməyin və qazandığınız etimadın mənalı bir qarşılığıdır.

Bu gün Türk Dünyası ortaq tarixindən və mədəniyyətindən aldığı güclə gələcəyə daha inamlı addımlarla irəliləyir. Bu tarixi prosesdə Türk Dövlətləri Təşkilatının Sizin rəhbərliyinizlə yeni uğurlara imza atacağına heç bir şübhəm yoxdur.

TÜRKSOY olaraq, keçmişdə birlikdə qət etdiyimiz yolu bundan sonra da eyni səmimiyyət, həmrəylik və ortaq məsuliyyət anlayışı ilə davam etdirməkdən böyük məmnunluq duyacağıq.

Hörmətli Baş katib,

Həyatın gözəl tərəflərindən biri də illər əvvəl eyni idealları bölüşərək birlikdə çalışdığımız dostlarımızın bu gün həmin ideallara daha böyük məsuliyyətlərlə xidmət etdiyini görə bilməkdir. Sizin bu vəzifəyə seçilməyiniz yalnız institusional bir inkişaf deyil, həm də köhnə bir dostun uğuruna şərik olmağın səmimi sevincidir.

Bu duyğu və düşüncələrlə Sizi bir daha ürəkdən təbrik edir, yeni vəzifənizdə böyük uğurlar, möhkəm cansağlığı və rifah arzulayıram.

Dostluğumuzun və Türk Dünyasına birlikdə xidmət etmək əzmimizin daim olması diləyi ilə Sizə ən səmimi salam və ehtiramlarımı çatdırıram.

Sultan Raev

TÜRKSOY-un Baş katibi


Bizi İzləyin

Twitter / XYouTubeFacebookLinkedInInstagram
Bizimlə Əlaqə

Adresimiz
Ferit Recai Ertuğrul Caddesi No: 8
Or-An ANKARA/TÜRKİYE

Telefon ve Faks Numaramız
T: +90 (312) 491 01 00 (pbx)
F: +90 (312) 491 01 11

E-Posta Adresimiz
turksoy@turksoy.org

© 2026 TÜRKSOY — Bütün hüquqlar qorunur