TÜRKSOY
29 oktyabr 20261 dəq oxuma

Türk Dövlətlərinin liderləri Ankarada “Atların rəqsi: Dirçəliş atəşi” şousunda bir araya gəliblər

HVzr2DSXQAAks1d

Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə görüşü çərçivəsində 29 oktyabr 2026-cı il tarixində Ankarada “Atların rəqsi: Dirçəliş atəşi” adlı şou proqramı təqdim olunub.

Türkiyə Prezident Kompleksinin ərazisində yerləşən Malazgirt Şou Mərkəzində təşkil olunan tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də Zirvə görüşü münasibətilə Ankarada olan türk dövlətlərinin liderləri və yüksəksəviyyəli nümayəndələri iştirak ediblər.

Türklərin Orta Asiyadan Anadoluya uzanan tarixi səfərini əks etdirən şou proqramda Türk Dünyasının zəngin mədəni irsi, ortaq tarixi və ənənələri səhnəyə gətirilib.

Tədbirdə iştirak edən TÜRKSOY-un Baş katibi Sultan Raev dövlət başçıları üçün xüsusi olaraq hazırlanmış şounun onda böyük təəssürat yaratdığını bildirərək, əməyi keçən sənətçilərə təşəkkür edib.

TÜRKSOY-un Baş katibi Sultan Raev çıxışında deyib:

“Bu gün səhər saatlarından etibarən xarici işlər nazirlərimizin iştirakı ilə görüşümüzü keçirdik. Sabah dövlət başçılarımızın iştirakı ilə keçiriləcək Zirvə görüşü ərəfəsində bütün liderlərimizi bir araya gətirən bu özəl tədbir böyük rəğbətlə qarşılandı. Əməyi keçən hər kəsi təbrik edirəm.

Türküstandan Anadoluya uzanan tarixi səfərimiz, atın türk mədəniyyətindəki müstəsna yeri və xalqımızın əsrlər boyu yaşatdığı dəyərlər bu mənalı şou ilə yenidən canlandı.

TÜRKSOY olaraq ortaq mədəni irsimizi qorumağı, yaşatmağı və gələcək nəsillərə ötürməyi ən mühüm vəzifələrimizdən biri hesab edirik.

Bu gözəl görüşə ev sahibliyi edən Türkiyə Respublikasına təşəkkür edir, “Türk əsri: Dildə, fikirdə, işdə birlik” anlayışının mədəniyyət və incəsənət sahəsindəki birgə fəaliyyətimizlə daha da möhkəmlənməsini arzulayıram”.

Media Qalereyası

(3)

Bizi İzləyin

Twitter / XYouTubeFacebookLinkedInInstagram
Bizimlə Əlaqə

Adresimiz
Ferit Recai Ertuğrul Caddesi No: 8
Or-An ANKARA/TÜRKİYE

Telefon ve Faks Numaramız
T: +90 (312) 491 01 00 (pbx)
F: +90 (312) 491 01 11

E-Posta Adresimiz
turksoy@turksoy.org

© 2026 TÜRKSOY — Bütün hüquqlar qorunur