WhatsApp Image 2026-03-25 at 18.43.08 (2)
25 марта 2026 г.

Ziya Gökalpın Anım İli açılış mərasimi Ankarada keçirilib

25 марта 2026 г.

Ziya Gökalpın Anım İli açılış mərasimi Ankarada keçirilib

Türk düşüncə həyatının simvol şəxsiyyəti Ziya Gökalp anadan olmasının 150 illiyi münasibətilə Ankaradakı Rəsm və Heykəl Muzeyində təşkil olunan mərasimlə yad edilib.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 16 noyabr 2024-cü il tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilən TÜRKSOY Daimi Şurasının 41-ci dövr iclasında, təşkilata üzv ölkələrin mədəniyyət nazirlərinin yekdil qərarı ilə 2026-cı il “Doğumunun 150-ci ilində Ziya Gökalpın Anım İli” elan edilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən təşkil olunan “Doğumunun 150-ci ilində Ziya Gökalpın Anım İli” açılış mərasimi Cümhuriyyətin ideoloji təməlinin qoyulduğu Türk Ocağı səhnəsində keçirilib.

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy: “Bu qərar Türk Dünyasının ortaq ağlının açık göstəricisidir”

Mərasimdə çıxış edən Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, Ziya Gökalp yalnız anım tədbiri ilə məhdudlaşan bir şəxsiyyət deyil, eyni zamanda qlobal miqyasda baş verən proseslər fonunda türk dövlətlərinin birlik və həmrəylik ruhunu əməli fəaliyyətə çevirən güclü iradənin təcəssümüdür.

Nazir Ersoy vurğulayıb ki, TÜRKSOY türk dövlətlərini ortaq çətir altında birləşdirən mühüm qurumdur və əlavə edib:

“16 noyabr 2024-cü il tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilən TÜRKSOY Daimi Şurasının 41-ci dövr iclasında Nazirliyimizin təklifi ilə 2026-cı ilin ‘Ziya Gökalpın Anım İli’ elan edilməsi yekdilliklə qəbul olunub. Bu qərar Türk Dünyasının ortaq ağlının, ortaq yaddaşının və ortaq gələcəyə dair iradəsinin açık təzahürüdür.”

Nazir həmçinin qeyd edib ki, Ziya Gökalpın mədəniyyət və sivilizasiya anlayışları arasındakı fərqləndirməsi bu gün türk dövlətlərinin öz milli kimliyini qoruyaraq müasir dünyada mövcudluğunu təmin etməsi baxımından əsas istiqamətverici rol oynayır. O, TÜRKSOY-un bu baxışın institusional səviyyədə ən bariz təcəssümü olduğunu da diqqətə çatdırıb.

TÜRKSOY Baş katibi Sultan Raev: “Ziya Gökalp türk kimliyinin müasir mənada formalaşmasında mühüm rol oynayıb”

TÜRKSOY Baş katibi Sultan Raev isə çıxışında Ziya Gökalpı türk fikir tarixinin qütb ulduzlarından biri kimi dəyərləndirib. O bildirib ki, 2026-cı ilin Türk Dünyasında “Ziya Gökalpın Anım İli” elan edilməsi təkcə ehtiram ifadəsi deyil, eyni zamanda ortaq mədəni irsə sahib çıxmaq iradəsinin göstəricisidir.

Raev çıxışında deyib:

“Ziya Gökalp türk kimliyinin müasir anlamda formalaşmasında, İsmayıl Qaspıralıya məxsus ‘dildə, fikirdə, işdə birlik’ şüarının ideoloji əsaslarının yaranması və inkişafında ən böyük pay sahiblərindən biridir. Bu gün TÜRKSOY çərçivəsində həyata keçirdiyimiz fəaliyyətlərdə türk birliyi ideyasının məhz onun qoyduğu möhkəm təməl üzərində yüksəldiyini görürük.”

TÜRKSOY Baş katibi mərasimə töhfə verən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan alimlərə təşəkkürünü bildirərək qeyd edib: “Sizin təqdim edəcəyiniz hər bir məruzə Türk Dünyasının intellektual körpüsü olan Ziya Gökalpın xatirəsini daha da möhkəmləndirəcək.”

Türk Ocaqları Sədri professor Mehmet Öz: “Ziya Gökalp yalnız mütəfəkkir deyil, həm də mürəbbidir”

Türk Ocaqları Sədri professor Mehmet Öz çıxışında Ziya Gökalpin yalnız fikir adamı deyil, eyni zamanda əməl adamı olduğunu vurğulayıb. Öz qeyd edib ki, Gökalp milliyyətçilik anlayışını heç vaxt irqçiliklə eyniləşdirməyib və bildirib:

“Ziya Gökalpin milliyyətçiliyi tamamilə mədəniyyətə əsaslanır. Eyni ortaq mədəniyyəti, eyni düşüncəni və eyni gələcək təsəvvürünü paylaşan insanlar topluluğuna millət deyilir. Ziya Gökalp həm mürəbbidir, həm də mürşiddir; Maltada sürgündə olan dövlət xadimlərinə dərs keçmiş, onların fikir dünyasına istiqamət vermişdir.”

Professor Öz əlavə edib ki, bu gün türk dövlətləri arasında getdikcə möhkəmlənən birlik Ziya Gökalpin “Turan” ideyası istiqamətində atılan addımların real nəticəsidir.

Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Sədri professor Derya Örs: “Əsərlər Türk Dünyası dillərinə qazandırılır”

Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Sədri professor Derya Örs bildirib ki, qurumun nəzdində fəaliyyət göstərən Türk Dil Qurumu tərəfindən Ziya Gökalpin “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adlı mühüm əsəri qazax, qırğız, türkmən, Azərbaycan və özbək dillərinə tərcümə olunaraq nəşr edilib.

Örs qeyd edib: “Bu əsərlərin Türk Dünyasının ortaq dil məkanında yayılması Gökalpin dildə birlik ideyasına verilən güclü töhfədir.”

Milliyyətçi Hərəkat Partiyası sədr müavini professor İlyas Topsakal: “Dil millətin gələcəyə qoyduğu mirasdır”

Milliyyətçi Hərəkat Partiyası sədr müavini professor İlyas Topsakal çıxışında Ziya Gökalpin dil və tarix anlayışının əhəmiyyətinə diqqət çəkib.

O bildirib: “Bir millətin keçmişində və mirasında ən mühüm amil dildir. Dil xalqın yaddaşıdır, gələcək nəsillərə ötürülən ən böyük mirasdır. Ziya Gökalpin üzərində ən çox dayandığı məsələlərdən biri də məhz budur.”

Topsakal həmçinin qeyd edib ki, milli təhsil proqramlarında Gökalpin dil və millət anlayışının izləri aydın şəkildə görünür.

AK Parti sədr müavini professor Kürşad Zorlu: “Turan ideyası bu gün Türk Dövlətləri Təşkilatında reallığa çevrilir”

Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk dövlətləri ilə əlaqələr şöbəsinin rəhbəri professor Kürşad Zorlu çıxışında Ziya Gökalpin üç əsas xüsusiyyətini önə çəkib: qədim dövlətçilik ənənəsi, mədəniyyət–sivilizasiya fərqləndirməsi və Türk Dünyasına bəxş etdiyi “Qızıl Alma”, “Turan” və məfkurə anlayışları.

Zorlu qeyd edib:

“Bu gün Azərbaycan, Qazaxıstan, Türkmənistan və digər bütün türk dövlətləri öz milli kimlikləri ilə müstəqil dövlətlər kimi formalaşaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində bir araya gəlib. Bu, Ziya Gökalpin ‘uzaq hədəf’ kimi müəyyənləşdirdiyi Turan ideyasının bu günkü təcəssümüdür. Prezidentimizin rəhbərliyi ilə bu istiqamətdə inamla irəliləyirik.”

Zorlu əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə UNESCO səviyyəsində “Dünya Türk Dili Ailəsi Günü”nün elan olunması Gökalpin dildə birlik ideyasının beynəlxalq miqyasda təzahürüdür.

Proqramın ikinci hissəsi: “Ziya Gökalp və Türk kimliyi” elmi konfransı

Açılış çıxışlarından sonra proqram Ankara Dövlət Klassik Türk Musiqisi Xorunun təqdim etdiyi konsertlə davam edib. Daha sonra tədbir “Ziya Gökalp və Türk kimliyi” mövzusuna həsr olunmuş elmi konfransla davam etdirilib.

İclasın moderatoru olan professor Mehmet Özün rəhbərliyi ilə Meerim Saidilkanova, Özbəkistan Dövlət Dünya Dilləri Universitetindən dosent dosent  Tohir Kahhor, professor Seyfettin Erşahin və dosent Ayşegül Doğrucan Ziya Gökalpin fikir dünyasını müxtəlif prizmalarından təhlil ediblər.

Tarixi məkanda mənalı görüş

Memar Arif Hikmət Koyunoğlu tərəfindən layihələndirilən və Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün xüsusi diqqət yetirdiyi Ankara Rəsm və Heykəl Muzeyində keçirilən mərasim çərçivəsində Ziya Gökalpin həyatı və ideyalarından bəhs edən TRT Avaz istehsalı “İzlər: Ziya Gökalp” sənədli filmi də nümayiş olunub.

Tədbir TÜRKSOY Baş katibi Sultan Raev, Türk Ocaqları Sədri professor Mehmet Öz və TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf tərəfindən iştirakçılara təşəkkür sertifikatlarının təqdim edilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, 2026-cı il ərzində Ziya Gökalpin anadan olmasının 150 illiyi münasibətilə Türk Dünyasının müxtəlif ölkələrində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Media Qalereyası

WhatsApp Image 2026-03-25 at 18.43.06 (2)
WhatsApp Image 2026-03-25 at 18.43.08 (3)
WhatsApp Image 2026-03-25 at 18.43.06
WhatsApp Image 2026-03-25 at 18.58.38
WhatsApp Image 2026-03-25 at 18.59.09
WhatsApp Image 2026-03-25 at 18.59.09 (2)
WhatsApp Image 2026-03-25 at 18.59.09 (1)
WhatsApp Image 2026-03-25 at 18.59.08
WhatsApp Image 2026-03-25 at 18.43.10
WhatsApp Image 2026-03-25 at 18.43.07 (1)
WhatsApp Image 2026-03-25 at 18.43.09
WhatsApp Image 2026-03-25 at 18.43.08
WhatsApp Image 2026-03-25 at 18.43.07 (2)
WhatsApp Image 2026-03-25 at 18.43.09 (2)
WhatsApp Image 2026-03-25 at 18.43.09 (3)
WhatsApp Image 2026-03-25 at 18.43.09 (1)
WhatsApp Image 2026-03-25 at 18.43.06 (4)
WhatsApp Image 2026-03-25 at 18.43.08 (4)
WhatsApp Image 2026-03-25 at 18.43.06 (3)
WhatsApp Image 2026-03-25 at 18.43.07 (3)
WhatsApp Image 2026-03-25 at 18.43.07 (4)
WhatsApp Image 2026-03-25 at 18.43.07
WhatsApp Image 2026-03-25 at 18.43.08 (1)
WhatsApp Image 2026-03-25 at 18.43.06 (1)
WhatsApp Image 2026-03-25 at 18.43.05 (4)
WhatsApp Image 2026-03-25 at 18.43.05
WhatsApp Image 2026-03-25 at 18.43.05 (2)
WhatsApp Image 2026-03-25 at 18.43.05 (3)
WhatsApp Image 2026-03-25 at 18.43.05 (1)
WhatsApp Image 2026-03-25 at 18.43.04
WhatsApp Image 2026-03-25 at 18.43.04 (2)
WhatsApp Image 2026-03-25 at 18.43.04 (1)

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur