WhatsApp Image 2026-02-05 at 17.05.25 (2)
5 февраля 2026 г.

YTB KATİP heyəti TÜRKSOY Baş Katibliyini ziyarət edib

5 февраля 2026 г.

YTB KATİP heyəti TÜRKSOY Baş Katibliyini ziyarət edib

Yurtdışı Türklər və Qohum İcmalar Başkanlığı (YTB) tərəfindən həyata keçirilən Dövlət Qulluqçuları və Akademiklər üçün Türkçə Kommunikasiya Proqramı (KATİP) çərçivəsində Türkiyədə səfərdə olan heyət Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Baş Katibliyini ziyarət edib.

Dünyanın müxtəlif bölgələrindən gələn iştirakçılar səfər çərçivəsində türk mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaq imkanı qazanıb, TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf ilə geniş bilgiləndirmə toplantısı keçiriblər.

Görüş zamanı Tacikistandan Liviyaya, Zambiyadan Balkanlara qədər geniş coğrafiyanı təmsil edən iştirakçılarla ayrı-ayrılıqda söhbət edən Sayit Yusuf, tələbələrin türk dilini öyrənmə prosesləri və Türkiyədə qazandıqları təcrübələr barədə məlumat alıb. Dil öyrənmədə cəsarətin əhəmiyyətinə diqqət çəkən Yusuf, səhv etməkdən çəkinmədən danışmağın mədəni yaxınlaşmanın əsas ünsürlərindən biri olduğunu vurğulayıb.

Sayit Yusuf: “Tanışlıq düşmənçiliyi aradan qaldırır”

Toplantıda çıxış edən TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf insanların bir-birini tanımasının qlobal sülh və qarşılıqlı anlaşma baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Çıxışında Yusuf qeyd edib ki, dünyadakı bütün mənfiliklərin kökündə yadlaşma, yəni insanların bir-birini tanımaması dayanır. Bir-birini tanımayan insanların ünsiyyət qurmadığını, qarşı tərəfin hekayəsini bilmədiyini deyən Yusuf, tanışlıq və dostluq münasibətləri formalaşdıqda bu münasibətlərdən düşmənçiliyin yaranmadığını vurğulayıb. İnsanın müqəddəs varlıq olduğunu diqqətə çatdıran Sayit Yusuf, ünsiyyət qəzaları aradan qalxdıqda xalqlar arasındakı problemlərin nə qədər süni olduğunun açıq şəkildə göründüyünü bildirib. O, iştirakçıların burada yalnız bir dil öyrənmədiklərini, eyni zamanda ölkələr arasında ömür boyu davam edəcək könül körpüləri qurduqlarını qeyd edib.

Sayit Yusuf, proqramı bitirib ölkələrinə qayıdan iştirakçıların gələcəkdə həyata keçirəcəkləri layihələrdə TÜRKSOY-u da bu prosesə cəlb etmələrinin vacibliyini xüsusi vurğulayıb.

Ziyarət iştirakçıların suallarının cavablandırılmasından sonra xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Media Qalereyası

WhatsApp Image 2026-02-05 at 17.05.30
WhatsApp Image 2026-02-05 at 17.05.30 (3)
WhatsApp Image 2026-02-05 at 17.05.30 (2)
WhatsApp Image 2026-02-05 at 17.05.30 (1)
WhatsApp Image 2026-02-05 at 17.05.29
WhatsApp Image 2026-02-05 at 17.05.29 (3)
WhatsApp Image 2026-02-05 at 17.05.29 (2)
WhatsApp Image 2026-02-05 at 17.05.28
WhatsApp Image 2026-02-05 at 17.05.29 (1)
WhatsApp Image 2026-02-05 at 17.05.25
WhatsApp Image 2026-02-05 at 17.05.26 (1)
WhatsApp Image 2026-02-05 at 17.05.26 (2)
WhatsApp Image 2026-02-05 at 17.05.26
WhatsApp Image 2026-02-05 at 17.05.27 (1)
WhatsApp Image 2026-02-05 at 17.05.27 (2)
WhatsApp Image 2026-02-05 at 17.05.27 (3)
WhatsApp Image 2026-02-05 at 17.05.28 (1)
WhatsApp Image 2026-02-05 at 17.05.27
WhatsApp Image 2026-02-05 at 17.05.25 (3)
WhatsApp Image 2026-02-05 at 17.05.28 (2)
WhatsApp Image 2026-02-05 at 17.05.25 (1)
WhatsApp Image 2026-02-05 at 17.05.24 (2)
WhatsApp Image 2026-02-05 at 17.05.24
WhatsApp Image 2026-02-05 at 17.05.23
WhatsApp Image 2026-02-05 at 17.05.24 (1)
WhatsApp Image 2026-02-05 at 17.05.23 (2)
WhatsApp Image 2026-02-05 at 17.05.23 (1)

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur