GP8B8307.JPG
27 января 2025 г.

TÜRKSOY-un nəşr etdiyi “Cəfər Cabbarlı Seçilmiş Dram Əsərləri” kitabı Bakıda təqdim olundu

27 января 2025 г.

TÜRKSOY-un nəşr etdiyi “Cəfər Cabbarlı Seçilmiş Dram Əsərləri” kitabı Bakıda təqdim olundu

Azərbaycanın paytaxtı Bakıda, 24-25 yanvar 2025-ci il tarixlərində, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur şair, yazıçı, dramaturq və ssenarist Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş, Beynəlxalq türk mədəniyyəti təşkilatı (TÜRKSOY) tərəfindən nəşr edilən “Cəfər Cabbarlı Seçmə Dram Əsərləri” kitabının təqdimatı keçirildi.

Tədbir TÜRKSOY, Azərbaycan dövlət pedaqoji universiteti nəzdindəki TÜRKSOY kafedrasının  və Cəfər Cabbarlı ev muzeyinin birgə təşkilatçılığı ilə universitetin akademik heyətinin və tələbələrinin iştirakı ilə ADPU-nun Heydər Əliyev konfrans zalında baş tutdu. Tədbirdən əvvəl universitetin foyesində Cabbarlının həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi açıldı.

“Cəfər Cabbarlı Seçmə Dram Əsərləri” kitabının təqdimat mərasiminin açılış nitqlərini Azərbaycan dövlət pedaqoji universitetinin rektor müavini, TÜRKSOY kafedrasının rəhbəri professor Asəf Zamanov və Azərbaycanın TÜRKSOY-dakı ölkə təmsilçisi Elçin Qafarlı etdilər.

Asəf Zamanov çıxışında tədbir iştirakçılarını ADPU-nun rektoru professor Cəfər Cəfərov adından salamlayaraq tədbirin TÜRKSOY kafedrasının illik fəaliyyət planı çərçivəsində təşkil edildiyini bildirdi və Azərbaycanın böyük yazıçısı Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında danışdı. O, TÜRKSOY-un Türk Dünyasının görkəmli mədəniyyət və incəsənət xadimləri ilə bağlı apardığı işləri yüksək qiymətləndirərək, təşkilatın Cabbarlının əsərlərini Türkiyədə çap etdirməsini böyük məmnuniyyətlə qarşıladı.

Elçin Qafarlı, TÜRKSOY-un baş katibi Sultan Raev adından iştirakçıları salamlayaraq, Cabbarlının qısa ömrünə baxmayaraq, Azərbaycan və Türk Dünyasının çağdaş ədəbiyyatında önəmli yer tutduğunu vurğuladı. O, TÜRKSOY-un nəşr etdiyi kitabın əhəmiyyətindən bəhs edərək, görkəmli yazıçının Azərbaycan teatr və kino sənətinin inkişafında böyük rol oynadığını qeyd etdi və təşkilatın Cabbarlının dram əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıraraq geniş oxucu kütləsinə təqdim etməsinin əhəmiyyətini vurğuladı.

Açılış nitqlərindən sonra konfrans zalında yazıçının həyatı və ədəbi yaradıcılığını əks etdirən film nümayiş etdirildi.

Daha sonra ADPU-nun filologiya fakültəsinin tələbəsi Emiliya Abbasova C. Cabbarlının məşhur "Ana" şeirini səsləndirdi.

Toplantıda professor Asif Rüstəmli və professor Teyyar Cavadov Cəfər Cabbarlının yaradıcılığı haqqında məruzə etdilər. Cəfər Cabbarlı ev muzeyinin müdiri və yazıçının nəvəsi Qəmər Bağırova, tədbirin təşkilinə görə ailəsi adından TÜRKSOY-a və Azərbaycan dövlət pedaqoji universitetinə minnətdarlığını bildirdi.

TÜRKSOY-un nəşr etdiyi “Cəfər Cabbarlı Seçmə Dram Əsərləri” kitabının təqdimatının ikinci ünvanı Azərbaycan dövlət mədəniyyət və incəsənət universiteti oldu. Tədbir, TÜRKSOY, Azərbaycan dövlət mədəniyyət və incəsənət universiteti nəzdindəki TÜRKSOY kafedrasının  və Cəfər Cabbarlı ev muzeyi tərəfindən təşkil olundu və universitetin Teatr Sənəti fakültəsi və digər bölmələrinin tələbə və müəllim heyətinin iştirakı ilə keçirildi.

Tədbirin açılış nitqində Elçin Qafarlı, TÜRKSOY baş katibi Sultan Raevin salamlarını çatdıraraq, Cabbarlının XX əsr Azərbaycan və Türk Dünyasının çağdaş ədəbiyyatının görkəmli nümayəndələrindən biri olduğunu qeyd etdi. O, Mirzə Fətəli Axundzadə ilə başlayan Türk Dünyası dramaturgiyasının parlaq simalarından biri kimi Cabbarlının zəngin və unikal ədəbi irs qoyub getdiyini, onun maarifçi və dərin mənalı sənət yolunun oxucuların və tamaşaçıların yaddaşında silinməz iz buraxdığını vurğuladı.

Professor İsrafil İsrafilov, çıxışında Cabbarlının əsərlərinin uzun illər Azərbaycan və digər ölkələrin teatr səhnələrində oynandığını, bu gün də bir çox teatrların repertuarında yer aldığını, onun eyni zamanda lirik-romantik və satirik şeirləri ilə də tanındığını, bəzi lirik şeirlərinə musiqilər bəstələndiyini qeyd etdi.

Universitetin Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə, TÜRKSOY tərəfindən nəşr edilən kitabın Azərbaycan teatr və kino sənətinin inkişafındakı əhəmiyyətini vurğulayaraq, Cabbarlının dram əsərlərinin gələcəkdə Türkiyə teatr səhnələrində tamaşaya qoyulmasını arzuladığını qeyd etdi.

Digər çıxış edənlər də Cabbarlının şeir və dram əsərlərinin dil zənginliyi və bədii dərinliyi ilə seçildiyini, Azərbaycan türkcəsinin gözəlliyini və ifadə imkanlarını tam şəkildə əks etdirdiyini, dilin xalq arasında yayılmasına və zənginləşməsinə böyük töhfə verdiyini, onun teatr sənətinə etdiyi xidmətlərin Azərbaycan teatrının formalaşmasında mühüm rol oynadığını vurğuladılar.

Tədbirin sonunda çıxış edən Qəmər Bağırova, Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verən bir şəxsiyyət olduğunu qeyd etdi. O, 1982-ci ildə, Cabbarlının 80 illik yubileyi münasibətilə Bakıda həm onun abidəsinin ucaldıldığını, həm də ev muzeyinin açıldığını bildirdi. Cabbarlının eyni zamanda böyük bir türkçü olduğunu və bu ideologiyanı ömrünün sonuna qədər, xüsusilə “Edirne Fəthi” və “Trablus Müharibəsi” əsərlərində davam etdirdiyini vurğuladı. Tədbirin təşkilinə görə TÜRKSOY-a və Azərbaycan dövlət mədəniyyət və incəsənət universitetinə Cabbarlı ailəsi adından təşəkkür etdi.

Tədbirin sonunda Elçin Qafarlı, iştirakçılara TÜRKSOY baş katibi Sultan Raev adından təşəkkür fərmanlarını təqdim etdi. 

Media Qalereyası

GP8B8356
GP8B8354
GP8B8343
GP8B8334
GP8B8308
GP8B8313
GP8B8358.JPG
GP8B8353.JPG
GP8B8351.JPG
GP8B8330.JPG
GP8B8333.JPG
GP8B8300.JPG
IMG_3284.JPG
IMG_3283.JPG
IMG_3282.JPG
IMG_3277.JPG
IMG_3272.JPG
IMG_3267.JPG
IMG_3255.JPG
IMG_3251.JPG
IMG_3249.JPG

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur