WhatsApp Image 2025-07-01 at 07.57.02 (1)
1 июля 2025 г.

TÜRKSOY-un dəstəyi ilə təşkil olunan beynəlxalq simpozium qədim Ötüken torpaqlarında başladı

1 июля 2025 г.

TÜRKSOY-un dəstəyi ilə təşkil olunan beynəlxalq simpozium qədim Ötüken torpaqlarında başladı

“İç Asiya tarixində köçəri tayfalarla oturaq xalqların inteqrasiyası” mövzusunda elmi konfrans Ötükəndə keçirilir.

Türk tarixinin qəlbı sayılan Ötüken torpaqlarında, Orxon Yazıtlarına cəmi iki kilometr məsafədə qurulmuş ənənəvi xan çadırında “İç Asiya tarixində köçəri tayfalarla oturaq xalqların interqrasiyası” mövzusunda beynəlxalq simpozium böyük coşqu ilə öz işinə başlayıb. 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un dəstəyi, İstanbul Universiteti, Monqol Milli Universiteti, Türk Dil Qurumu, İstanbul Aydın Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), UNESCO və İlteriş Fondu əməkdaşlığı ilə keçirilən simpozium qədim qurultay ənənəsini yenidən canlandıran özünəməxsus atmosferdə baş tutur. 

UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Orxon Vadisində keçirilən bu əhəmiyyətli toplantıya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya, Çin Xalq Respublikası və Monqolustandan olmaqla 9 ölkədən 33 seçkin alim qatılıb. Tarix, dilçilik, arxeologiya, etnoqrafiya və antropologiya sahələrini əhatə edən məruzələrin təqdim olunduğu sessiyalar iştirakçılar arasında məhsuldar elmi müzakirələrlə davam edir.

Toplantının açılış mərasimində iştirak edən və ev sahibliyi edən Monqolustanın üçüncü prezidenti və Karakurum Şəhər Şurasının sədri cənab Enxbayar Nambar ilə Karakurum şəhər idarəsinin üzvü L. Tur-od-a TÜRKSOY adından təşəkkürlər bildirilib.

Simpozium iştirakçılarına ünvanladığı təbrik mesajında TÜRKSOY-un Baş katibi Sultan Raev bunları qeyd edib:

“Tarixdə Hunlara, Göytürklərə, Uyğurlara və Monqollara paytaxtlıq etmiş müqəddəs Karakurum torpaqlarında keçirilən bu mənalı simpoziumun uğurla başa çatacağına ürəkdən inanıram. TÜRKSOY olaraq ortaq Türk mədəniyyətinin araşdırılması və ümumbəşər mədəniyyətində layiqli yerini tutması üçün elmi fəaliyyətlərə xüsusi önəm veririk. Alimlərimizin təqdim etdiyi bu elmi işlər mədəni zənginliyimizin daha dərindən dərk edilməsinə və gələcək nəsillərə ötürülməsinə böyük töhfə verəcəkdir.”

Raev, həmçinin mesajında Monqolustana olan minnətdarlığın təzahürü olaraq İlteriş Fondu ilə əməkdaşlıq çərçivəsində monqolca-qazaxca və qazaxca-monqolca lüğətlərin nəşr olunması qərarının verildiyini və bu önəmli əsərin təqdimatının yaxın zamanda Monqolustanda keçiriləcəyini bildirib.

TÜRKSOY, Türk Dünyasının mədəni irsini yaşatmaq və tanıtmaq missiyasını elmin işığında davam etdirərkən, bu cür beynəlxalq elmi tədbirlərə dəstək göstərməklə ortaq mədəni bağların güclənməsinə töhfə verməyə davam edir.

Media Qalereyası

WhatsApp Image 2025-07-01 at 07.57.03
WhatsApp Image 2025-07-01 at 07.57.03 (1)
WhatsApp Image 2025-07-01 at 07.57.02
WhatsApp Image 2025-07-01 at 07.57.02 (2)
WhatsApp Image 2025-07-01 at 07.57.02 (1)
WhatsApp Image 2025-07-01 at 07.57.01

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur