― 28 мая 2025 г.
TÜRKSOY-un dəstəyi ilə təşkil olunan 2-ci Beynəlxalq Sivas Film Festivalı ilə başa çatdı
TÜRKSOY-un dəstəyi, Sivas Valiliyi, Sivas Bələdiyyəsi və Sivas Cümhuriyyət Universitetinin əməkdaşlığı ilə 26-28 may 2025-ci il tarixlərində Sivasda təşkil olunan 2-ci Beynəlxalq Sivas Film Festivali Türk Dünyası kinematoqrafiyasını və ümumbəşəri mədəni dəyərləri bir araya gətirən uğurlu tədbirlər və möhtəşəm mükafatlandırma mərasimi ilə yekunlaşdı.
Sivasın tarixi və mədəni havasını kino sənətinin ümumbəşəri dili ilə birləşdirən festivalda 67 fərqli ölkədən 700 film müraciəti qəbul edildi. Sənədli və bədii kateqoriyalarda finala vəsiqə qazanan filmlər sahəsində ixtisaslaşmış münsiflər heyəti tərəfindən dəyərləndirildi.
Festival boyunca ustad dərsləri, rejissor və aktyorlarla söhbətlər, film nümayişləri və konsertlər təşkil edilərək üç gün ərzində Sivas mədəniyyət və sənətlə dolu bir atmosferə ev sahibliyi etdi.
TÜRKSOY-un dəstəyi ilə beynəlxalq ölçüdə əhəmiyyət qazanan festival Türk dünyası kino sənətçilərini, onların əsərlərini və yerli prodüser və rejissorları bir araya gətirdi. Türk Dünyası sinemasının inkişafı baxımından mühüm platforma rolunu oynayan festival Sivası kino və mədəniyyət xəritəsində önə çıxaran tədbirə çevrildi.
Mükafat Qazananlar
Ən Yaxşı Bədii Film: The Contact – Mert Erez
Bədii Film Münsiflər Heyətinin Xüsusi Mükafatı: Twenty-One Weeks Later – Nasrin Mohammadpour
Ən Yaxşı Sənədli Film: Bozkırda Bir Aydın – Osman Çakır və Ali Kaymak
Sənədli Film Münsiflər Heyətinin Xüsusi Mükafatı: U – Anastasia Andreevna Vladimirova
Xüsusi Mükafatlar Təqdim Olundu
Türk Kinosuna Xidmət Mükafatı: Nazif Tunç
İlin Ən Yaxşı Serialı: Mehmed: Fetihler Sultanı – Eyüp Gökhan Özekin (Prodüser)
Ömür Boyu Uğur Mükafatı: Seyit Ali Gündoğdu
Ən Yaxşı Debüt Aktyor: Burç Kümbetlioğlu
Ən Yaxşı Köməkçi Aktyor: Ömer Kurt
Festival çərçivəsində “Yeşilçam’a Saygı” mövzusu ilə təşkil olunan açıq havada film nümayişlərində ailə mövzulu Yeşilçam klassikləri kino həvəskarları ilə görüşdü. “Yeşilçam’da Orhan Gencebay Şarkıları” konserti isə tamaşaçılara nostaljik və duyğusal anlar yaşatdı.
TÜRKSOY Xüsusi Mükafatı Təqdim Edildi
Bu il festival çərçivəsində TÜRKSOY Xüsusi Mükafatı da təqdim olundu. Mükafatı TÜRKSOY-un Baş katibi Sultan Raevin kino üzrə xüsusi nümayəndəsi, TÜRKSOY Şöbə Müdiri Salim Ezer bəstəkar və aktyor Aydın Sarmana təqdim etdi.