― 11 декабря 2025 г.
TÜRKSOY-un Baş katibi Sultan Raevin Məhəmməd Arif Kutlu ilə bağlı başsağlığı mesajı
Pamirden Ulupamirə uzanan çətin hicrət yolunda toplumuna rəhbərlik edən; böyük lider Rahmankul Xanın vəziri, məsləhətçisi və davamçısı; Ulupamir qırğız türklərinin ağsaqqalı, dəyərli mədəniyyət xadimi və dövlət adamı Məhəmməd Arif Kutlunun vəfatı xəbərini dərin kədərlə öyrənmişəm.
Türk Dünyası mədəniyyətinə, qırğız kimliyinin yaşadılmasına və Ulupamir toplumunun gələcəyinə həsr etdiyi ömrü ilə Məhəmməd Arif Kutlu bizim hamımız üçün müdriklik simvolu, könül insanı və nümunəvi bir şəxsiyyət olmuşdur. Onun xidmətləri, mübarizə əzmi və qoyub getdiyi güclü irs bütün Türk Dünyasında böyük hörmətlə xatırlanmağa davam edəcək.
Mərhuma Allahdan rəhmət, başda ailəsi olmaqla bütün yaxınlarına, Ulupamir qırğız türkləri toplumuna və onu sevən hər kəsə səbir və başsağlığı diləyirəm.
Ruhu şad, məkanı cənnət olsun. Türk Dünyasına göstərdiyi xidmətlər minnətlə yad ediləcəkdir.
Sultan Raev
TÜRKSOY Baş katibi