WhatsApp Image 2026-05-18 at 09.13.01 (2)
18 мая 2026 г.

TÜRKSOY-un Baş katibi Sultan Raevdən Olcas Süleymenova 90 illik yubiley təbriki

18 мая 2026 г.

TÜRKSOY-un Baş katibi Sultan Raevdən Olcas Süleymenova 90 illik yubiley təbriki

Hörmətli Olcas Süleymenov,

Doğum gününüz münasibətilə sizi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY adından və şəxsən öz adımdan ən səmimi duyğularımla təbrik edirəm.

Siz yalnız qazax xalqının deyil, bütün Türk Dünyasının mənəvi üfüqlərini formalaşdıran müstəsna şəxsiyyətlərdənsiniz. Şair, yazıçı, mütəfəkkir, diplomat və dövlət xadimi kimi əsərləriniz və ideyalarınız xalqlarımızın ortaq yaddaşının möhkəmlənməsinə və müasir türk düşüncəsinin inkişafına böyük töhfələr verib.

Xüsusilə “Az i Ya” adlı əsəriniz türk sivilizasiyasının dərin tarixi köklərini yeni baxış bucağı ilə təqdim edərək elm və mədəniyyət aləmində böyük əks-səda doğurub. Bu əsər türk xalqlarının ortaq mədəni irsinin yenidən qiymətləndirilməsinə öncülük edən mühüm tədqiqat kimi tarixə düşüb. “Əyil Yer üzü”, “Arqımaqlar”, “Gil kitabı” kimi poeziya və ədəbiyyat nümunələriniz isə bəşəri dəyərləri, sülhü və ruh azadlığını ucaldan seçkin əsərlər sırasında yer alır.

Sizin təşəbbüsünüzlə yaradılan “Nevada – Semey” antinüvə hərəkatı bəşəriyyət tarixinin ən mühüm sülh təşəbbüslərindən biri kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Bu hərəkat nüvə sınaqlarına qarşı qlobal vicdanın və sülh ideyasının güclü simvollarından birinə çevrilib.

Siz həyatınızı Türk Dünyasının mənəvi birliyinin möhkəmləndirilməsinə, xalqlarımız arasında mədəni yaxınlaşmanın və tarixi şüurun dərinləşdirilməsinə həsr etmisiniz. Zəngin ədəbi irsiniz və örnək şəxsiyyətiniz gələcək nəsillər üçün daim ilham mənbəyi olacaq.

Bu əlamətdar yubiley münasibətilə Sizə möhkəm cansağlığı, əmin-amanlıq, uzun ömür, ailənizə rifah və yeni uğurlar arzulayıram. Türk Dünyasının müdrik şəxsiyyəti kimi nüfuzunuz daim olsun.

 

Hörmətlə,

Sultan Raev

TÜRKSOY-un Baş katibi

Media Qalereyası

WhatsApp Image 2026-05-18 at 09.13.01
WhatsApp Image 2026-05-18 at 09.13.01 (1)

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur