― 25 января 2026 г.
TÜRKSOY-un Baş katibi Sultan Raev mərhum səfir János Hóvári-nin məzarını ziyarət edib
Yanvarın 22-də TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Prof. Dr. Şahin Mustafayev və Türk Dövlətləri Təşkilatının Macarıstan Təmsilçilik Ofisinin İcraçı direktoru, səfir Balázs Hendrich ilə birlikdə Budapeştdə mərhum səfir János Hóvári-nin (1955–2023) məzarını ziyarət edib.
Seçkin diplomat və türkologiya sahəsində mühüm elmi fəaliyyətə imza atmış Prof. Dr. János Hóvári ömrünü Macarıstan ilə Türk dövlətləri arasında münasibətlərin inkişafına və möhkəmləndirilməsinə həsr etmiş, Türk Dövlətləri Təşkilatının Macarıstan Təmsilçilik Ofisinin qurucu icraçı direktoru kimi bu prosesə davamlı və əhəmiyyətli töhfələr vermiş görkəmli şəxsiyyət kimi yadda qalıb.
Ziyarət zamanı mərhum səfirin xatirəsi dərin ehtiram və dualarla anılıb.