― 26 июня 2025 г.
TÜRKSOY-da Qırğız ədəbiyyatına ehtiram: Atantay Akbarov və Öktöm Kalıyevanın kitabları təqdim olundu
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş qərargahında təşkil edilən xüsusi tədbirdə, Qırğız ədəbiyyatının iki dəyərli qələm ustası – Atantay Akbarov və Öktöm Kalıyevanın əsərləri təqdim edilib. Ədəbiyyatın birləşdirici gücünün vurğulandığı tədbirdə, Türk Dünyasının mədəni bağlarını möhkəmləndirən mənalı bir görüş keçirilib.
TÜRKSOY Baş katibi Sultan Raevin ev sahibliyi ilə təşkil olunan tədbirdə Qırğız Respublikasının Ankara Böyük Elçisi Ruslan Qazakbayev, Ankara Sosial Elmlər Universitetinin rektoru professor Musa Kazım Arıcan, akademiklər, yazıçılar və ədəbiyyatsevərlər iştirak edib.
Tədbirin açılışında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev, Qırğız xalqının qəlbində “xalq şairi” kimi tanınan Atantay Akbarovun “Analar, Bu Dünyada Birər Mələk” adlı əsərinin yalnız ana obrazının müqəddəsliyini deyil, eyni zamanda poeziyanın xalqla qurduğu qədim bağları da xatırlatdığını bildirib. Öktöm Kalıyevanın “Serahsi ilə Sardal Qız” adlı əsərinin isə Türk Dünyası qadınının həssaslığını, tarixi yaddaşını və bədii ifadə gücünü əks etdirən mühüm bir ədəbi nümunə olduğunu qeyd edən Raev, “Bu əsərlər qəlbdən qəlbə yol taparaq Türk Dünyasının mənəvi saflığına töhfə verir, ədəbiyyatın şəfa verən gücünü yenidən ortaya qoyur,” – deyə vurğulayıb.
ASBÜ rektoru professor Musa Kazım Arıcan çıxışında Atantay Akbarovun təkcə bir şair deyil, insanlığın mahiyyətinə, vicdana və mərhəmətə fəlsəfi baxış gətirən güclü bir qələm sahibi olduğunu deyib. Akbarovun əsərini “Türk Dünyası və dünya ədəbiyyatının poetik atlası” kimi xarakterizə edən Arıcan, “Cəngiz Aytmatovun hekayə və romanla etdiyini, Atantay Akbarov şeirlə gerçəkləşdirir,” – deyib. Kalıyevanın əsərində isə qadın obrazı üzərindən düşüncə və məğrurluğu sənətə çevirən orijinal bir üslubun mövcud olduğunu qeyd edib.
Qırğız Respublikasının Ankaradakı səfiri Ruslan Kazakbayev öz çıxışında ədəbiyyatın ruhu sağaldan bir sahə olduğunu vurğulayaraq, hər iki yazıçının əsərlərinin Türk Dünyası üçün ortaq irs dəyərində olduğunu bildirib. “Qırğız ədəbiyyatının dərinliyini və estetik gücünü əks etdirən bu əsərlərin təqdimatına töhfə verməkdən böyük məmnuniyyət duyuram,” – deyə səfir qeyd edib.
“Analar, Bu Dünyada Birər Mələkdir” kitabının müəllifi Atantay Akbarov çıxışında, “Kitabımda da qeyd etdiyim kimi, Türk xalqları eyni gəmidə birlikdə irəliləyir TÜRKSOY-un bu istiqamətdəki işləri ümumi qədərimizin mədəni cəhətini formalaşdırır və son dərəcə mənalı missiyayı üzərinə alır. Bu birlikdəliyin davam etməsi üçün TÜRKSOY-un fəaliyyətlərinin dəstəklənməsi böyük əhəmiyyət daşıyır,” – deyə bildirib. O, şairin, Aytmatovu dünyaya bəxş etmiş bir xalqın övladı kimi, Türk Dünyasına ünvanlanan şeirlərlə bir iz qoymaq istədiyini vurğulayıb.
Açılış çıxışlarından sonra Atantay Akbarovun “Analar, Bu Dünyada Birər Mələk” və Öktöm Kalıyevanın “Serahsi ilə Sardal Qız” adlı əsərlərinin rəmzi lentkəsimi keçirilib. Təqdimatın ardından müəlliflər kitabları haqqında məlumat veriblər. Akbarovun səsləndirdiyi şeirlər isə tədbirə emosional dərinlik qatıb.
Sonda TÜRKSOY tərəfindən Türk Dünyası mədəniyyəti və ədəbiyyatına verdiyi töhfələrə görə Atantay Akbarova TÜRKSOY medalı, Öktöm Kalıyevaya isə iştirak sertifikatı təqdim olunub.