WhatsApp Image 2026-04-02 at 14.32.18 (7)
2 апреля 2026 г.

TÜRKSOY Baş Katibinin müavini Sayit Yusuf Özbəkistan İslam Mədəniyyəti Mərkəzini ziyarət edib

2 апреля 2026 г.

TÜRKSOY Baş Katibinin müavini Sayit Yusuf Özbəkistan İslam Mədəniyyəti Mərkəzini ziyarət edib

TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf Özbəkistan İslam Mədəniyyəti Mərkəzini ziyarət edərək Mərkəzin direktoru Firdavs Fridunoviç ilə görüşüb.

Görüş zamanı 2026-cı ilin payızında keçirilməsi planlaşdırılan TÜRKSOY Gənclər Görüşləri və təşkilatın digər layihələri barədə fikir mübadiləsi aparılıb.

Sayit Yusuf səfər çərçivəsində mərkəzin fəaliyyətini və muzeyi yaxından nəzərdən keçirib. Burada həyata keçirilən işlərdən məmnunluğunu ifadə edərək, Özbəkistan Prezidenti Şevket Mirziyoyevin fəaliyyətini yüksək qiymətləndirib. O, Mirziyoyevin mədəni irsin qorunması və İslam sivilizasiyasının təbliği istiqamətində təşəbbüslərini təqdir etdiyini bildirib.

Ziyarətdən sonra Sayit Yusuf aşağıdakı açıqlamanı verib:

“Özbəkistan İslam Mədəniyyəti Mərkəzini ziyarət etmək və burada görülən işlərlə yerində tanış olmaq məni çox sevindirdi. Hörmətli Prezident Şavkat Mirziyoyevin mədəniyyət sahəsindəki baxışı və dəstəyi sayəsində bu cür mühüm qurumlar fəaliyyət göstərir. Ona təşəkkürümü bildirirəm. TÜRKSOY olaraq payızda təşkil edəcəyimiz Gənclər Görüşləri ilə Türk dünyasının gənclərini bir araya gətirməyi hədəfləyirik. Özbəkistanın bu prosesdəki töhfəsi bizim üçün çox dəyərlidir.”

Səmimi şəraitdə keçən görüşün iki qurum arasında əməkdaşlığın gücləndirilməsi baxımından səmərəli olduğu bildirilib.

Media Qalereyası

WhatsApp Image 2026-04-02 at 14.32.19 (1)
WhatsApp Image 2026-04-02 at 14.32.19
WhatsApp Image 2026-04-02 at 14.32.18 (4)
WhatsApp Image 2026-04-02 at 14.32.18
WhatsApp Image 2026-04-02 at 14.32.18 (7)
WhatsApp Image 2026-04-02 at 14.32.18 (5)
WhatsApp Image 2026-04-02 at 14.32.18 (2)
WhatsApp Image 2026-04-02 at 14.32.18 (1)
WhatsApp Image 2026-04-02 at 14.32.17

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur