548015097_1207823031390843_9181146458316929696_n
18 сентября 2025 г.

TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf Bişkek Maarif Təhsil Kompleksini ziyarət etdi

18 сентября 2025 г.

TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf Bişkek Maarif Təhsil Kompleksini ziyarət etdi

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Sayit Yusuf Bişkekdəki səfəri çərçivəsində Bişkek Maarif Təhsil Kompleksini ziyarət edib.

Ziyarətdə Maarif Təhsil Kompleksinin rektoru Esenaliyeva Nazira, rektor müavinləri Seitbek Tillekov (təhsil işləri üzrə), Edilbek Kerimakunov (idarəetmə işləri üzrə), rektor müşaviri Nariste Aliyeva, Türkiyə Maarif Vəqfinin (TMV) Qırğızıstan üzrə ölkə təmsilçisi Hüsnü Bircan və Maarif Təhsil Kompleksinin direktoru Mehmet Çerçikaya iştirak ediblər.

Görüşdə Türkiyə Maarif Vəqfinin Qırğızıstandakı təhsil fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib. Sayit Yusuf, Maarif Vəqfi məktəblərinin təhsil sahəsindəki fəaliyyətlərini yüksək qiymətləndirdiyini bildirərək deyib:
“TÜRKSOY-un Türk Dünyası mədəniyyətini birləşdirmək istiqamətində daşıdığı missiyanı, Maarif Vəqfinin təhsil sahəsində uğurla həyata keçirdiyini görmək qürurvericidir. Bu iki qurumun ortaq dəyərləri gələcəyimiz baxımından böyük əhəmiyyət kəsb edir.”

Ziyarət tərəflər arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi və ortaq layihələrə dair fikir mübadiləsi ilə yekunlaşıb.

Media Qalereyası

551043699_1207822941390852_3832680739378495846_n
549301313_1207823051390841_4226735181606342502_n
548856461_1207823064724173_8776540983312842026_n
548811684_1207822924724187_2323263712404581889_n
548015097_1207823031390843_9181146458316929696_n
548338645_1207822931390853_1023726792965971840_n

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur