― 30 марта 2026 г.
TÜRKSOY Baş katibi Sultan Raevin Azərbaycan xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı mesajı
Türk Dünyasının gur səsi, kinematoqrafiyamızın canlı əfsanəsi və qədim tariximizin ağ pərdədəki əzəmətli siması Rasim Balayevin İstanbulda Haqqa qovuşduğunu dərin kədər hissi ilə öyrənmişəm.
Rasim Balayev təkcə aktyor deyildi; o, Nəsiminin ədaləti, Babəkin cəsarəti və Dədə Qorqudun müdrikliyi idi. O, canlandırdığı hər bir obrazla Türk insanının yaddaşında silinməz izlər buraxmış, sənəti vasitəsilə Türk Dünyasının mədəni birliyinə əvəzsiz körpülər qurmuşdur.
Onun vəfatı təkcə doğma Azərbaycan üçün deyil, bütün Türk Dünyası üçün əvəzolunmaz itkidir.
Qələm dostu və sənət yol yoldaşı kimi mərhum Rasim Balayevə Allahdan rəhmət, kədərli ailəsinə, Azərbaycan incəsənət ictimaiyyətinə və bütün Türk Dünyasına dərin hüznlə başsağlığı verirəm.
“Nəsismimizin” xatirəsi, yetişdirdiyi sənətkarlar və bizə bəxş etdiyi o bənzərsiz əsərlərlə hər zaman yaşayacaqdır.
Ruhu şad, məkanı cənnət olsun.
Sultan Raev
TÜRKSOY Baş katibi