― 26 июня 2025 г.
TÜRKSOY Baş katibi Sultan Raev Özbəkistan Kinematoqrafiya Agentliyinin direktoru Şöhrət Rızayev ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə Özbəkistan Kinematoqrafiya Agentliyi arasında keçirilən görüşdə iki qurum arasında mövcud əməkdaşlıq layihələri müzakirə olunub, ortaq tədbirlərlə bağlı görülən işlər nəzərdən keçirilib.
Görüş zamanı Özbəkistan Kinematoqrafiya Agentliyinin TÜRKSOY-a göstərdiyi qurumsal dəstəyə görə təşəkkürünü bildirən TÜRKSOY-un Baş katibi Sultan Raev, kino sahəsində Türk Dünyasında mədəni əməkdaşlığın gücləndirilməsi üçün atılacaq konkret addımların əhəmiyyətini vurğulayıb. Baş katib Raev bu kontekstdə həm Daşkənd Film Festivalının, həm də Qorqud Ata Türk Dünyası Film Festivalının yaratdığı imkanlara toxunaraq, TÜRKSOY-a üzv ölkələr arasında ortaq film istehsalının sayının artırılmasının kino sahəsində ciddi inkişaf təmin edəcəyini vurğulayıb.
Görüşdə həmçinin, oktyabr ayında Türk Dünyasının Mədəniyyət Paytaxtı Aktau şəhərində keçirilməsi planlaşdırılan Qorqud Ata Türk Dünyası Film Festivalı və Daşkənd Film Festivalı çərçivəsində həyata keçiriləcək fəaliyyətlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşdə 2026-cı ildə Özbəkistan Film Günləri ilə başlanacaq “Türk Dünyası Film Günləri” layihəsi ilə bağlı ideyalar da müzakirə olunub. Bu çərçivədə, TÜRKSOY ilə Özbəkistan arasında mədəni əlaqələrin kino sənəti sahəsində atılacaq konstruktiv addımlarla daha da dərinləşdirilməsi istiqamətində razılıq əldə olunub