WhatsApp Image 2025-11-28 at 21.15.31 (6)
28 ноября 2025 г.

Türk Dünyasının ürəyi aktauda döyündü: Mədəniyyət Paytaxtı titulu möhtəşəm mərasimlə Andicana təhvil verildi

28 ноября 2025 г.

Türk Dünyasının ürəyi aktauda döyündü: Mədəniyyət Paytaxtı titulu möhtəşəm mərasimlə Andicana təhvil verildi

2025-ci il boyu “Türk Dünyası Mədəniyyət Paytaxtı” titulunu daşıyan Qazaxıstanın Xəzər sahilindəki incisi Aktau il boyu davam edən mədəniyyət və sənət bayramını Halyk Arenada təşkil olunan möhtəşəm qala konserti ilə taclandırdı. Mərasimlə birlikdə Mədəniyyət Paytaxtı bayrağı 2026-cı il üçün Özbəkistanın tarixi şəhəri Andicana təhvil verildi.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən elan olunan “Aktau – 2025 Türk Dünyası Mədəniyyət Paytaxtı” ili 28 noyabr 2025-ci il tarixində təşkil olunan möhtəşəm bağlanış mərasimi ilə başa çatdı. Aktau Halyk Arenada keçirilən mərasim Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və digər Türk Dünyası coğrafiyalarından yüksək səviyyəli dövlət adamlarını, sənətçiləri və minlərlə sənətsevəri bir araya gətirdi.

Yaxın 250 sənətçinin səhnə aldığı bağlanış konserti Türk Dünyasının zəngin mədəni irsini və müxtəlifliyini əks etdirən səhnə şouları ilə tamaşaçılara unudulmaz anlar yaşatdı.

Nazir Balayeva: “Aktau Türk Dünyasının ürəyinin döyündüyü yer oldu”

 Mərasimin ev sahibliyini öhdəsinə götürən Qazaxıstan Mədəniyyət və İnformasiya Naziri Aida Balayeva açılış nitqində Aktaunun bu titulu layiqincə daşıdığını vurğuladı. İl boyu teatrdan operaya, film festivallarından elmi toplantılara qədər 30-dan artıq beynəlxalq tədbirə imza atıldığını qeyd edən Balayeva bunları bildirib: “Aktau şəhəri bu tarixi məsuliyyəti şərəflə yerinə yetirmiş, öhdəsinə düşən vəzifəni üstün uğurla başa çatdırmışdır. Xəzər sahilində təşkil olunan festivallar 7 ölkədən yüzlərlə sənətçini və 100 mindən artıq tamaşaçını bir araya gətirdi. Bu mənzərə ortaq mədəniyyətimizin nə qədər güclü bağ olduğunu hamımıza göstərdi. Aktauda yanan bu mədəniyyət alovu 2026-cı ildə Andicanda eyni həyəcanla yansın.”

Balayeva həmçinin TÜRKSOY Daimi Şurasının 42-ci Dönəm Toplantısında qəbul olunan “Rəqəmsal TÜRKSOY” qərarına toxunaraq mədəni irsin rəqəmsallaşdırılmasının və yaradıcı sənayelər forumunun gələcəyə atılan mühüm addımlar olduğunu bildirib.

Binali Yıldırım: “Mədəniyyət bir millətin həm kökünü, həm də üfüqünü müəyyən edir” 

Mərasimdə Türk Dünyası Aksakallar Şurası adından çıxış edən Türk Dövlətləri Təşkilatı Aksakallar Şurasının sədri Binali Yıldırım Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdıraraq başladığı nitqində mədəniyyətin strateji əhəmiyyətinə diqqət çəkib. Qazaxıstanın Türk Dünyasının sabitlik sütunlarından biri olduğunu qeyd edən Yıldırım çıxışında bunları söyləyib: “Yollar, körpülər, limanlar görünən əsərlərdir; amma mədəniyyət bir millətin həm kökünü, həm də üfüqünü müəyyən edir. Buna görə də mədəniyyət sahəsindəki əməkdaşlığımız Türk Dünyasının gələcəyinin ən möhkəm təminatıdır. Biz körpü qururuq; o körpüdən keçib sabahı quracaq olanlar gənclərimizdir.”

Yıldırım həmçinin Qazaxıstan Prezidenti Kasım Cömert Tokayevin vizyonu ilə 2026-cı ildə Türk Dünyasının ziyalılarını, elm və mədəniyyət adamlarını bir araya gətirəcək böyük görüşün Aksakallar Şurasının himayəsində keçiriləcəyinin müjdəsini verdi.

Sultan Raev: “Qardaş xalqlarımızın yaxınlığını ən gözəl şəkildə hiss etdik” 

TÜRKSOY Baş Katibi Sultan Raev isə çıxışında Aktaunun il boyu nümayiş etdirdiyi uğurlu ev sahibliyi və təşkilati uğurdan məmnunluğunu dilə gətirib. Aktaunun təkcə şəhər olmadığını, görüş nöqtəsi olduğunu qeyd edən Raev bunları bildirib: “Aktau bütün Türk Dünyasını birləşdirdi. Bu il ərzində ortaq mədəniyyətimizin zənginliyini, qardaş xalqlarımızın yaxınlığını ən gözəl şəkildə hiss etdik. Qarşıdakı illərdə mədəni diplomatiya və birgə layihələrdə əməkdaşlığımız artaraq davam edəcək. Əməyi keçənlərə təşəkkür edirəm.”

Tarixi təhvil-təslim: bayraq Andicana əmanət 

Gecənin ən həyəcanlı anı Mədəniyyət Paytaxtı simvolunun təhvil-təslim mərasimi olub. Səhnəyə çıxan Mangıstau Vali Müavini Erbol İzbergenov Türk Dünyası Mədəniyyət Paytaxtı bayrağını 2026-cı ildə bu titulu daşıyacaq Özbəkistanın Andican Bələdiyyə Başçısı Elyorbek Karimovaya alqışlar eşliğinde təhvil verib. Karimov Andicanın qədim tarixini və mədəniyyətini 2026-cı ildə bütün dünyaya tanıtdırmağa hazır olduqlarını bildirərək bu şərəfli vəzifəni öhdələrinə götürməkdən böyük məmnunluq duyduqlarını qeyd edib. Mərasim Türk xalqlarının nəğmələri eşliğinde birlik və bərabərlik mesajları ilə və çəkilən ailə fotosu ilə başa çatıb.

Media Qalereyası

WhatsApp Image 2025-11-28 at 21.15.32 (4)
WhatsApp Image 2025-11-28 at 21.15.33 (4)
WhatsApp Image 2025-11-28 at 21.15.27 (1)
WhatsApp Image 2025-11-28 at 21.15.27 (6)
WhatsApp Image 2025-11-28 at 21.15.33 (5)
WhatsApp Image 2025-11-28 at 21.15.33
WhatsApp Image 2025-11-28 at 21.15.33 (2)
WhatsApp Image 2025-11-28 at 21.15.33 (7)
WhatsApp Image 2025-11-28 at 21.15.33 (6)
WhatsApp Image 2025-11-28 at 21.15.33 (3)
WhatsApp Image 2025-11-28 at 21.15.33 (1)
WhatsApp Image 2025-11-28 at 21.15.32
WhatsApp Image 2025-11-28 at 21.15.32 (7)
WhatsApp Image 2025-11-28 at 21.15.32 (6)
WhatsApp Image 2025-11-28 at 21.15.32 (5)
WhatsApp Image 2025-11-28 at 21.15.32 (3)
WhatsApp Image 2025-11-28 at 21.15.32 (2)
WhatsApp Image 2025-11-28 at 21.15.31
WhatsApp Image 2025-11-28 at 21.15.32 (1)
WhatsApp Image 2025-11-28 at 21.15.31 (8)
WhatsApp Image 2025-11-28 at 21.15.31 (7)
WhatsApp Image 2025-11-28 at 21.15.31 (5)
WhatsApp Image 2025-11-28 at 21.15.31 (6)
WhatsApp Image 2025-11-28 at 21.15.31 (4)
WhatsApp Image 2025-11-28 at 21.15.31 (3)
WhatsApp Image 2025-11-28 at 21.15.31 (2)
WhatsApp Image 2025-11-28 at 21.15.31 (1)
WhatsApp Image 2025-11-28 at 21.15.30
WhatsApp Image 2025-11-28 at 21.15.30 (8)
WhatsApp Image 2025-11-28 at 21.15.30 (7)
WhatsApp Image 2025-11-28 at 21.15.30 (6)
WhatsApp Image 2025-11-28 at 21.15.30 (5)
WhatsApp Image 2025-11-28 at 21.15.30 (4)
WhatsApp Image 2025-11-28 at 21.15.30 (3)
WhatsApp Image 2025-11-28 at 21.15.30 (2)
WhatsApp Image 2025-11-28 at 21.15.30 (1)
WhatsApp Image 2025-11-28 at 21.15.29
WhatsApp Image 2025-11-28 at 21.15.29 (7)
WhatsApp Image 2025-11-28 at 21.15.29 (6)
WhatsApp Image 2025-11-28 at 21.15.29 (5)
WhatsApp Image 2025-11-28 at 21.15.29 (4)
WhatsApp Image 2025-11-28 at 21.15.29 (3)
WhatsApp Image 2025-11-28 at 21.15.29 (2)
WhatsApp Image 2025-11-28 at 21.15.29 (1)
WhatsApp Image 2025-11-28 at 21.15.28
WhatsApp Image 2025-11-28 at 21.15.28 (7)
WhatsApp Image 2025-11-28 at 21.15.28 (8)
WhatsApp Image 2025-11-28 at 21.15.28 (6)
WhatsApp Image 2025-11-28 at 21.15.28 (5)
WhatsApp Image 2025-11-28 at 21.15.28 (4)
WhatsApp Image 2025-11-28 at 21.15.28 (3)
WhatsApp Image 2025-11-28 at 21.15.28 (1)
WhatsApp Image 2025-11-28 at 21.15.28 (2)
WhatsApp Image 2025-11-28 at 21.15.27 (7)
WhatsApp Image 2025-11-28 at 21.15.27
WhatsApp Image 2025-11-28 at 21.15.27 (4)
WhatsApp Image 2025-11-28 at 21.15.27 (5)
WhatsApp Image 2025-11-28 at 21.15.27 (3)
WhatsApp Image 2025-11-28 at 21.15.27 (2)
WhatsApp Image 2025-11-28 at 21.15.26
WhatsApp Image 2025-11-28 at 21.15.26 (1)

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur