WhatsApp Image 2026-03-26 at 17.29.36 (2)
26 марта 2026 г.

Türk Dünyasının mütəfəkkiri Ziya Gökalp doğumunun 150 illiyində Ankarada anıldı

26 марта 2026 г.

Türk Dünyasının mütəfəkkiri Ziya Gökalp doğumunun 150 illiyində Ankarada anıldı

TÜRKSOY tərəfindən 2026-cı il üçün elan edilən “Anadan olmasının 150-ci ilində Ziya Gökalpi Anım İli” çərçivəsində Türk Tarix Qurumunun Sıhhiye şəhərciyində panel təşkil olunub.

Türk Tarix Qurumu və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən “Ziya Gökalpin anadan olmasının 150 illiyinə həsr olunmuş panel” Türk Dünyasının müxtəlif bölgələrindən gələn alimlər, tələbələr və mədəniyyət ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Yüksəl Özgen: “Ziya Gökalp millətimizin fikri istiqamətinə yön verən öncüdür”

Panelin açılışında çıxış edən Türk Tarix Qurumu sədri Yüksəl Özgen bildirib ki, Ziya Gökalp təkcə bir fikir adamı deyil, həm də Milli Mübarizənin ideya əsaslarını formalaşdıran, Cümhuriyyətə gedən yolda düşüncələri ilə istiqamət verən görkəmli ziyalıdır.

Özgen qeyd edib:
“Yaxın günlərdə bu zalda İstiqlal Marşının qəbulu münasibətilə Mehmet Akif Ersoyu yad etmişdiq. Bu gün isə Ziya Gökalpi yad etmək və anlamaq üçün bir araya gəlmişik. Bu cür tədbirlər yalnız xronoloji deyil, millətimizin fikri istiqamətinə yön verən böyük şəxsiyyətləri dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır. Akifdən Ziya Gökalpə uzanan düşüncə zənciri millətimizin həm tarixini, həm də düşüncə xəttini müəyyənləşdirən güclü ideya xəttidir.”

O, həmçinin xatırladıb ki, TÜRKSOY Daimi Şurasının qərarı ilə 2026-cı il “Türk Dünyasında Ziya Gökalp ili” elan olunub və bu qərar mütəfəkkirin beynəlxalq səviyyədə əhəmiyyətinin bariz göstəricisidir. Tədbir çərçivəsində Ziya Gökalpin “Türk mədəniyyəti tarixi” əsərinin yeni nəşrinin də təqdim olunduğu bildirilib.

Sayit Yusuf: “Ziya Gökalpi tanıtdıqca öyrənəcəyik”

TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf çıxışında qeyd edib ki, təşkilat Ziya Gökalpin ideyalarını yalnız Türkiyədə deyil, bütün Türk Dünyasında tanıtmağı qarşısına məqsəd qoyub.

Yusuf bildirib:
“Ziya Gökalp kimi şəxsiyyətlər bütün dünyada tanıdılmalıdır. Tanıtdıqca öyrənəcəyik, öyrəndikcə daha da yaxınlaşacağıq. Bir-birimizi kifayət qədər tanımadığımız üçün ortaq dəyərlərimizi də yetərincə bilmirik. Bu baxımdan onun 150 illiyi münasibətilə geniş proqramlar həyata keçiririk.”

O əlavə edib ki, il ərzində Diyarbəkir, Saloniki, Bakı, Daşkənd, Bişkek və Almatı şəhərlərində də Ziya Gökalp mövzusunda tədbirlər keçiriləcək. Həmçinin 8 aprel tarixində Türk Dil Qurumunda, may ayında isə Diyarbəkirdə Dicle Universitetində geniş tədbirlər planlaşdırılır.

Ziya Gökalpin ideyaları elmi müstəvidə müzakirə olundu

Panelə professor Yunus Koç sədrlik edib. Tədbirdə Ziya Gökalpin fikir dünyası müxtəlif istiqamətlər üzrə müzakirə olunub.

Professor Ramazan Erhan Güllü çıxışında Gökalpin millət anlayışının dövrünün bir çox nəzəriyyələrindən daha əvvəl formalaşdığını vurğulayıb. O bildirib ki, Gökalp milləti irqə görə deyil, dil, mədəniyyət və ortaq həyat iradəsinə əsasən izah edir.

Professor Yunus Koç isə Gökalpin İslam hüququ və örf anlayışı ilə bağlı fikirlərinə toxunaraq qeyd edib ki, onun yanaşmasına görə, dinin əsasları dəyişməz qalsa da, cəmiyyətin ehtiyaclarına uyğun olaraq örf dinamik rol oynayır.

Ankara Universitetindən dosent Berdi Sarıyev Gökalpin “Türkləşmək, İslamlaşmaq, müasirləşmək” əsərinin türkmən dilinə tərcüməsi üzərində apardığı təhlili təqdim edib və bu əsərin Türkmənistanda böyük maraqla qarşılandığını bildirib.

Son məruzəçi, Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetindən dosent Yedil Tulegenov isə Gökalpin ortaq türk mədəniyyəti və mənəvi birlik ideyasının bu gün də актуallığını qoruduğunu vurğulayıb.

Tədbir panel iştirakçılarına təşəkkür sertifikatlarının təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Media Qalereyası

WhatsApp Image 2026-03-26 at 17.29.36
WhatsApp Image 2026-03-26 at 17.29.36 (4)
WhatsApp Image 2026-03-26 at 17.29.36 (3)
WhatsApp Image 2026-03-26 at 17.29.36 (1)
WhatsApp Image 2026-03-26 at 17.29.35
WhatsApp Image 2026-03-26 at 17.29.35 (3)
WhatsApp Image 2026-03-26 at 17.29.35 (1)
WhatsApp Image 2026-03-26 at 17.29.35 (2)
WhatsApp Image 2026-03-26 at 17.29.37 (2)
WhatsApp Image 2026-03-26 at 17.29.37
WhatsApp Image 2026-03-26 at 17.29.34
WhatsApp Image 2026-03-26 at 17.29.37 (1)
WhatsApp Image 2026-03-26 at 17.29.34 (3)
WhatsApp Image 2026-03-26 at 17.29.34 (2)
WhatsApp Image 2026-03-26 at 17.29.34 (1)
WhatsApp Image 2026-03-26 at 17.29.33
WhatsApp Image 2026-03-26 at 17.29.33 (4)
WhatsApp Image 2026-03-26 at 17.29.33 (3)
WhatsApp Image 2026-03-26 at 17.29.33 (2)
WhatsApp Image 2026-03-26 at 17.29.32
WhatsApp Image 2026-03-26 at 17.29.33 (1)

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur