WhatsApp Image 2025-09-22 at 06.49.01
22 сентября 2025 г.

Türk Dünyası Tiyatro Rəhbərləri iclası Aktau şəhərində keçirildi

22 сентября 2025 г.

Türk Dünyası Tiyatro Rəhbərləri iclası Aktau şəhərində keçirildi

2025-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunan Aktau şəhəri, TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərlərinin XI iclasına ev sahibliyi edərək, Türk Dünyasının mədəniyyət və incəsənət sahəsindəki nüfuzlu simalarını bir araya topladı.

Raev: “Ortaq teatr dili yaratmalıyıq”

Tədbirin açılışında çıxış edən TÜRKSOY-un Baş kâtibi Sultan Raev, Aktau şəhərinin mədəniyyət paytaxtı statusu ilə mühüm bir missiyanı daşıdığını vurğulayıb, teatrın birləşdirici gücünə diqqət çəkdi. O bildirib ki, ortaq Türk Dünyası mədəniyyətinin formalaşması üçün teatr ən təsirli vasitələrdən biridir:
“Türk Dünyası teatrları olaraq yalnız milli əsərlərimizi səhnələşdirməklə kifayətlənməməliyik. Ortaq dramaturgiyamızın zənginliyindən yararlanaraq yeni əsərlər yaratmalı, ortaq prodüksiyalara imza atmalı və dünya səhnəsində kollektiv şəkildə yüksək təmsil gücünə malik bir teatr imici formalaşdırmalıyıq. Bu, mədəni irsimizi gələcəyə daşımağın ən güclü yoludur.” – deyə Raev qeyd edib.

İclasda əməkdaşlıq imkanları müzakirə olundu

21 sentyabrda keçirilən iclasda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qaqauziyanın teatr qurumlarının baş direktorları, bədii rəhbərləri və mədəniyyət sahəsi üzrə rəsmi nümayəndələri iştirak ediblər.

İclasın gündəliyinə TÜRKSOY-un üzv ölkələr teatrları ilə ortaq fəaliyyəti, son dövr layihələri, ikitərəfli razılaşmalar, festivallar, ustad dərsləri, qardaş ölkə yazıçılarının əsərlərinin repertuarlara daxil edilməsi, rejissor və səhnə tərtibatçıları mübadiləsi, eləcə də 2026-cı il üçün nəzərdə tutulan tədbirlər daxil olub.

Tiyatro Rəhbərləri Şurasının sədri İsrafil İsrafilov çıxışında Türk Dünyası teatrında tənqid ənənəsinin gücləndirilməsinin vacibliyini vurğulayaraq deyib:
“Tiyatro tənqidi səhnə sənətlərinin inkişafı üçün zəruridir. Ortaq tənqid mexanizmləri yaradaraq, istehsal etdiyimiz əsərlərin daha keyfiyyətli və ümumbəşəri səviyyəyə çatmasına nail olmalıyıq.”

Sənətin ümumbəşəri dilində görüş

Qazaxıstan teatr və kino sənətinin görkəmli siması, məşhur aktyor və rejissor Asanalı Aşımov çıxışında teatrın xalqların mənəvi dəyərlərini yaşadan bənzərsiz sənət olduğunu qeyd edib:
“Tiyatro müxtəlif dillərdə danışan xalqları eyni səhnədə birləşdirən, onları ortaq duyğular ətrafında toplamağı bacaran güclü bir körpüdür.” – deyə Aşımov bildirib.
O, həmçinin Türk Dünyası teatrlarının ortaq layihələr və tənqid ənənəsi sayəsində güclənərək beynəlxalq miqyasda daha görünən olacağına da diqqət çəkib.

Bursa Dövlət Teatrının müdiri Sezai Yılmaz isə çıxışında Türk Dünyası teatrları ilə hər sahədə əməkdaşlığa hazır olduqlarını vurğulayıb:
“Necə ki mətnlərimiz ortaqdır, səhnələrimiz və dekorlarımız da ortaq ola bilər. Bu istiqamətdə bizə düşən bütün məsuliyyətləri yerinə yetirməyə hazırıq.” – deyə o qeyd edib.

Aktau – Türk Dünyasının Mədəniyyət Paytaxtı

2025-ci il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunan Aktau şəhəri, təşkil etdiyi konsertlər, sərgilər, ədəbiyyat günləri və teatr tamaşaları ilə TÜRKSOY-un mədəni əməkdaşlıq missiyasının mərkəzinə çevrilib.

Beynəlxalq TÜRKSOY Teatr Festivalı çərçivəsində təşkil olunan TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərlərinin XI iclası Türk Dünyasının aparıcı teatr nümayəndələrini bir araya gətirib. Toplantıda TÜRKSOY Baş katibi Sultan Raev, Tiyatro Rəhbərləri Şurasının sədri İsrafil İsrafilov və Şura koordinatoru, Azərbaycanın TÜRKSOY nümayəndəsi Elçin Qafarlı ilə yanaşı bir çox tanınmış ad iştirak edib.

Azərbaycanı Şəki Dövlət Dram Teatrının müdiri Mirbala Salimli, Qazaxıstanı N. Janturin Regional Musiqili Dram Teatrının müdiri  Aydos Tastayev , Qırğızıstanı Qırğızıstan Xalq artisti Egemberdi Bekboliyev  və Sultan İbraimov Oş Milli Dram Teatrının bədii rəhbəri Ulanmırza Kayrıbayev, Türkiyəni Bursa Dövlət Teatrının müdiri Sezai Yılmaz  və Dövlət Teatrlarının Beynəlxalq Əlaqələr üzrə eksperti Didem Erkək, Özbəkistanı Mükimi Özbəkistan Dövlət Akademik Musiqili Teatrının müdiri Azim Mullahanov , Qaqauziyanı isə Dionis Tanasoğlu Qaqauz Milli Teatrının müdiri Mihail Qaqauz  təmsil ediblər.

Media Qalereyası

WhatsApp Image 2025-09-22 at 06.49.01 (2)
WhatsApp Image 2025-09-22 at 06.49.25
WhatsApp Image 2025-09-22 at 06.49.25 (2)
WhatsApp Image 2025-09-22 at 06.49.25 (1)
WhatsApp Image 2025-09-22 at 06.49.24

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur