WhatsApp Image 2025-12-05 at 22.05.39
5 декабря 2025 г.

Türk Dünyası Balkan Türklərini Dəstəkləmə və Əməkdaşlıq Dərnəyi TÜRKSOY-u ziyarət edib

5 декабря 2025 г.

Türk Dünyası Balkan Türklərini Dəstəkləmə və Əməkdaşlıq Dərnəyi TÜRKSOY-u ziyarət edib

Türk Dünyası Balkan Türklərini Dəstəkləmə və Əməkdaşlıq Dərnəyinin sədri Aygün İlko, sədr müavini Nedim Vardar, Qadınlar Şurasının sədri Gülistan Şərəflər, baş katib Ali Yurtseven və idarə heyətinin üzvü Melih Bayram İlko TÜRKSOY-un baş katibinin müavini Sayit Yusufun qəbulunda olublar.

Ziyarət zamanı dərnəyin Türk Dünyası və Balkanlarda həyata keçirdiyi və planlaşdırdığı layihələr barədə geniş təqdimat edilib. Dərnək sədri Aygün İlko ölkə daxilində və xaricində görülən işlər barədə məlumat verərək, qurumun dekabr ayı proqramında yer alan “UNESCO 15 Dekabr Dünya Türk Dili Ailəsi Günü” və “21 Dekabr Şimali Makedoniya Türk Dili Təhsili Bayramı” tədbirlərinə dəvət ünvanlayıb.

Görüşdə TÜRKSOY-un baş katibinin müavini Sayit Yusufun fikir və tövsiyələri dərnək rəhbərliyi tərəfindən diqqətlə dinlənilib.

Ziyarətin sonunda Türk Dünyasına göstərdiyi səmərəli fəaliyyətə görə dərnəyin idarə heyəti tərəfindən Sayit Yusuf-a “Türk Dünyasının Ağabeyi” plaketi təqdim olunub.

Media Qalereyası

WhatsApp Image 2025-12-05 at 22.05.39
WhatsApp Image 2025-12-05 at 22.05.39 (1)

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur