― 19 августа 2025 г.
Sultan Raevə Macarıstandan Böyük Təltif: Macar Liyakat Nişanı
Uluslararası Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Sultan Raev, Macarıstanın ən yüksək dövlət ordenlərindən biri olan Macar Liyakat Nişanı ilə təltif olunub.
Macarıstan Baş naziri Viktor Orbanın təqdimatı və Prezident Dr. Tamaş Şulyokun qərarı ilə verilən bu ali mükafat, keçirilən rəsmi mərasimdə Macarıstanın Mədəniyyət və İnnovasiya naziri Balaj Hanqo tərəfindən Sultan Raevə təqdim edilib.
Macar Liyakat Nişanı, Macarıstanın mədəni, elmi və diplomatik əlaqələrinin inkişafına mühüm töhfə verən şəxsiyyətlərə təqdim olunur. Sultan Raev isə Türk Dünyası ilə Macarıstan arasında mədəni bağların möhkəmlənməsinə verdiyi dəyərli xidmətlərinə, həmçinin ortaq mədəni irsin tanıdılması istiqamətindəki səylərinə görə bu yüksək mükafata layiq görülüb.