― 29 мая 2025 г.
Sultan Raev: Tərcümə ortaq gələcəyimizin təməlidir
Qırğızıstanın Oş şəhərindəki Oş Dövlət Universitetinin Mədəniyyət Mərkəzində böyük qırğız şairi Colon Mamıtovun 85 illiyi münasibətilə 2025-ci il mayın 28-də keçirilən tədbirlər çərçivəsində “Türk Dünyasında Tərcümə Problemləri” adlı panel təşkil olunub.
Paneldə Türk Dünyasından dəvət olunmuş alimlər və tərcümə mütəxəssisləri ədəbi tərcümə prosesində qarşıya çıxan çətinlikləri və bu çətinliklərin həlli yollarını müzakirə ediblər. İştirakçılar müxtəlif türk dialektləri arasında yaranan məna sürüşmələri və mədəni kontekst fərqlərinin tərcüməyə necə təsir etdiyini ətraflı şəkildə analiz ediblər.
TÜRKSOY Baş katibi Sultan Raev: “Tərcümə, Türk Dünyasının mədəni birliyinin açarıdır”
Colon Mamıtov Gənc Şairlər Görüşü çərçivəsində keçirilən “Türk Dünyasında Tərcümə Problemləri” panelində çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev tərcümə fəaliyyətlərinin Türk Dünyası üçün daşıdığı strateji əhəmiyyətə diqqət çəkib.
Raev çıxışında ortaq dilin formalaşması və mədəni irsin müxtəlif cəmiyyətlərə ötürülməsi baxımından tərcümənin mərkəzi rol oynadığını vurğulayıb. Türk xalqlarının bir-birini daha yaxından tanıması, ortaq dəyərləri paylaşması və mədəni bağların möhkəmlənməsi üçün tərcümə fəaliyyətlərinin əvəzsiz olduğunu bildirib.
Baş katib Raev, TÜRKSOY-un yalnız incəsənət və mədəniyyət sahəsində deyil, eyni zamanda nəşriyyat fəaliyyəti ilə də əhəmiyyətli töhfələr verdiyini deyərək, təşkilatın müxtəlif türk dialektlərində çap etdiyi çoxsaylı nəşrlərə diqqət çəkib. Bu nəşrlər arasında klassik ədəbiyyat nümunələrindən müasir yazarlara, şeir antologiyalarından elmi tədqiqatlara qədər geniş spektri əhatə edən əsərlər yer alır. Raev bildirib: “Dil fərqlilikləri bizi ayıran deyil, əksinə zənginliyimizi artıran amillərdir. Lakin bu zənginliyi paylaşmaq və bir-birimizi anlamaq üçün tərcümə körpüləri qurmalıyıq.”
Raev əlavə edib ki, TÜRKSOY bu günə qədər Azərbaycan, Qazax, Qırğız, Özbək, Türkmən və Türkiyə türkcələri ilə yanaşı digər dialektlərdə də ortaq nəşrlər həyata keçirilir. Bu nəşrlər yalnız ədəbi mətnlərlə məhdudlaşmır; həm də teatr əsərləri, musiqi notları, mədəni sənədli filmlər və elmi araşdırmalar da tərcümə vasitəsilə dövriyyəyə daxil olub.
Sultan Raev çıxışının sonunda Türk Dünyasının mədəni birliyində tərcümənin sadəcə bir vasitə deyil, ortaq gələcəyimizin memarlığınında təməl daşı olduğunu söyleyib.
Tədbir çərçivəsində Sultan Raev, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin seçilmiş əsərlərinin müasir Qırğız türkcəsinə tərcüməsinin əhəmiyyətinə toxunub. Eyni zamanda qırğız ozanı Barpı Alıkulovun şeirlər toplusunun qazax türkcəsinə çevrilməsinin mədəni yaxınlaşma baxımından daşıdığı dəyəri vurğulayıb. 2024-cü ilin “Türkmən şairi Mahrumqulu Fıraqiyə Həsr olunmuş İl” elan edilməsi çərçivəsində şairin seçmə şeirlərinin qırğız türkcəsinə tərcümə olunmasının vacibliyini də qeyd edib. Raev bu tərcümə fəaliyyətlərinin Türk Dünyası xalqları arasında ədəbi və mədəni qarşılıqlı əlaqəni gücləndirərək ortaq dəyərlərin yaşadılmasına töhfə verdiyini bildirib.