WhatsApp Image 2025-12-12 at 13.30.49 (2)
12 декабря 2025 г.

Sultan Raev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda iştirak edib

12 декабря 2025 г.

Sultan Raev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda iştirak edib

Türkmənistanın paytaxtı Aşqabad qlobal diplomatiyanın mühüm görüşünə ev sahibliyi edib. Türkmənistanın daimi neytrallığının 30-cu ildönümü, Beynəlxalq Neytrallıq Günü və BMT tərəfindən elan edilmiş 2025 Beynəlxalq Sülh və Etimad İli çərçivəsində təşkil olunan Beynəlxalq Sülh və Etimad Forumu geniş beynəlxalq iştirakla gerçəkləşib. 

Qlobal sülhün qorunması və dövlətlərarası etimad mühitinin formalaşdırılmasında “neytrallıq” modelinin rolunun müzakirə edildiyi zirvədə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Baş katibi Sultan Raev də iştirak edib.

Forumda Türkmənistanın 30 illik neytrallıq təcrübəsi beynəlxalq ictimaiyyət üçün nümunəvi bir model kimi dəyərləndirilib. Sultan Raev isə yayımladığı mesajda diplomatik proseslərdə mədəni əlaqələrin müəyyənedici roluna diqqət çəkib.

“Diplomatiya mədəniyyətlə dəstəklənərsə davamlı olar”

Forum münasibətilə verdiyi mesajda, Türkmənistanın daimi neytrallıq prinsipinin yalnız regional sülh layihəsi deyil, eyni zamanda mədəni yaxınlaşmaya xidmət edən ümumbəşəri bir dəyər olduğunu vurğulayan Sultan Raev, dövlətlərarası diplomatik dialoqun mədəniyyətlə dəstəklənməsi halında daha güclü və davamlı nəticələr verəcəyini qeyd edib.

“Sülh əvvəlcə qəlblərdə başlayır”

Raev, TÜRKSOY-un sülh vizionuna toxunduğu açıqlamasında sülhün kağız üzərində imzalanan anlaşmalardan əvvəl qəlblərdə formalaşdığını bildirərək, qəlbləri bir-birinə yaxınlaşdıran ən təsirli vasitənin mədəniyyət olduğunu vurğulayıb. Xalqları birləşdirən musiqinin, ədəbiyyatın və ortaq tarixdən gələn qədim dəyərlərin bu gün olduğu kimi gələcəkdə də etimad mühitini quracaq ən möhkəm körpülər olduğunu qeyd edib.

Mesajında Türkmənistanın 30 illik sabit duruşunun Türk Dünyasının ortaq mədəni irsinə verilən dəyərin aydın göstəricisi olduğunu bildirən Baş katib Raev, sözlərini sülhə və mədəni diplomatiyaya verdikləri misilsiz töhfələrə görə qardaş Türkmənistan dövlətini və xalqını təbrik edərək tamamlayıb.

Media Qalereyası

WhatsApp Image 2025-12-12 at 13.30.49 (3)

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur