eb74db82-8545-409b-9a51-d5021a9411eb
6 февраля 2026 г.

Sultan Raev: “6 Fevral Ortak Ağrımız və Ortak Yaddaşımızdır”

6 февраля 2026 г.

Sultan Raev: “6 Fevral Ortak Ağrımız və Ortak Yaddaşımızdır”

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Baş katibi Sultan Raev 6 fevral 2023-cü il tarixində Türkiyədə baş vermiş və dərin izlər buraxmış zəlzələlərin ildönümü münasibətilə mesaj yayıb.

Raev mesajında 6 fevral zəlzələlərinin təkcə Türkiyənin deyil, bütün Türk Dünyasının ortaq ağrısı olduğunu vurğulayaraq bildirib:

“6 fevral yaddaşlarımızdan silinməyəcək bir ağrının tarixidir. Həmin gün yalnız binalar deyil, milyonlarla insanın ürəyi dağıldı. Lakin bu tarix eyni zamanda Türk Dünyasının qardaşlıq ruhu ilə birləşdiyi bir həmrəylik günü kimi də xatırlanacaq.”

TÜRKSOY-un Baş katibi qeyd edib ki, zəlzələnin ilk anlarından etibarən Türk Dünyasının hər guşəsindən yüksələn dəstək çağırışları real yardıma çevrilib, göndərilən humanitar yardımlar fəlakət bölgəsinə çatdırılıb və qardaşlıq məsuliyyəti sahədə açıq şəkildə hiss olunub.

Raev, sənət adamlarından könüllülərə qədər geniş bir çevrənin nümayiş etdirdiyi bu həssaslığın Türk Dünyasının ortaq vicdanını və taleyüklü birlik ruhunu aydın şəkildə ortaya qoyduğunu vurğulayıb.

Mesajını duyğulu çağırışla tamamlayan Sultan Raev bildirib:

“Həyatını itirən qardaş-bacılarımızı rəhmətlə yad edir, geridə qalanlara səbir və dözüm arzulayıram. Ağrımız ortaq, yasımız birdir. Türk Dünyası dünən olduğu kimi bu gün də Türkiyənin yanındadır və bu həmrəylik heç vaxt unudulmayacaq.”

Media Qalereyası

97482d35-a1a1-4dfb-af1d-b1ff6c8f5300
8b8f1c31-63a0-4724-90a4-c987b630e01a

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur