88ee4ef074114050b08ca2b87235b63d
21 мая 2026 г.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev I Bakı Türkologiya Qurultayının 100 illiyi münasibətilə xüsusi müraciət yayımlayıb

21 мая 2026 г.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev I Bakı Türkologiya Qurultayının 100 illiyi münasibətilə xüsusi müraciət yayımlayıb

Qazaxıstan Respublikasının Prezidenti

I Bakı Türkologiya Qurultayının 100 illiyi münasibətilə keçirilən Beynəlxalq Simpozium iştirakçılarına

Hörmətli iştirakçılar!

Sizi I Bakı Türkologiya Qurultayının 100 illiyi münasibətilə keçirilən beynəlxalq simpoziumun açılışı münasibətilə ürəkdən təbrik edirəm!

Bu görüş bütün türk xalqları üçün son dərəcə böyük tarixi əhəmiyyət daşıyır.

Düz bir əsr əvvəl Azərbaycanın paytaxtında keçirilən bu mötəbər toplantı qardaş ölkələrin görkəmli şəxsiyyətlərini və dəyərli alimlərini bir araya gətirib. Həmin qurultayda kökü bir olan qardaş xalqların mənəvi irsi, dili və ədəbiyyatı ilə bağlı mühüm məsələlər geniş şəkildə müzakirə olunub. Məlum olduğu kimi, qurultayın əsas məqsədi Türk Dünyasının özünəməxsus kimliyini qorumaq və ortaq mədəni məkan yaratmaq olub.

Dünyanın köklü dəyişikliklərə istiqamətləndiyi müasir dövrdə ölkələrimizin birliyinin möhkəmləndirilməsi və inteqrasiyamızın artırılması xüsusi əhəmiyyət kəsb edir. Bu, əcdadlarımızın bizə əmanəti və tariximizin bizə verdiyi mühüm dərsdir.

Bu səbəbdən dövlətlərimiz arasında ticarət-iqtisadi əməkdaşlıqla yanaşı, mədəni və humanitar əlaqələrin gücləndirilməsinə də böyük önəm veririk. Bu gün keçirilən simpozium da bunun ən bariz nümunəsidir.

Əminəm ki, bu toplantıda türkologiyanın üfüqlərini daha da genişləndirəcək dərin məzmunlu ideyalar və yeni baxışlar ortaya qoyulacaq.

Hazırda Qazaxıstanda türkologiya ilə bağlı bütün məsələlərə böyük diqqət yetirilir. Xüsusilə, türk dövlətləri üçün müqəddəs məkan hesab olunan Türküstan şəhərində “Türk Sivilizasiyası Mərkəzi”nin inşa edilməsi barədə qərar qəbul olunub. Bu mühüm qərarı yaxın günlərdə məhz həmin şəhərdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında şəxsən elan etmiş və bu xeyirxah layihəni geniş ictimaiyyətlə bölüşmüşdüm. Türk dövlətlərinin liderləri ilə birlikdə bu unikal mərkəzin təməlqoyma mərasimini də həyata keçirdik.

Bütün türk dövlətlərinin hökumətlərini və vətəndaş cəmiyyəti təşkilatlarını bu son dərəcə vacib layihəyə töhfə verməyə və fəal iştirak etməyə dəvət edirəm. Bu addım türk birliyinin səmimi həmrəyliyinin və əməkdaşlığının ən gözəl nümunəsi olacaqdır.

Hamınıza möhkəm cansağlığı və fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

 

Qazaxıstan Respublikasının Prezidenti

Kasım Cömert Tokayev

Media Qalereyası

kasim_comert_yokayevin-1536x865

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur