WhatsApp Image 2026-09-08 at 22.12.54 (2)
8 сентября 2026 г.

Müsəlman Diasporları Forumu Ankarada keçirilib

8 сентября 2026 г.

Müsəlman Diasporları Forumu Ankarada keçirilib

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Xaricdəki Türklər və Əqrəba Topluluqları Başqanlığı (YTB) ilə İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırma və Təlim Mərkəzinin (SESRIC) əməkdaşlığı ilə təşkil olunan I Müsəlman Diasporları Forumu Ankarada keçirilib. “Köklərdən üfüqlərə” mövzusunda keçirilən forumda Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, səfirlər, nazirlər və beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində dünyanın müxtəlif coğrafiyalarında yaşayan müsəlman icmalarının mədəni və tarixi köklərini qoruyaraq məskunlaşdıqları cəmiyyətlərlə qurduqları münasibətlərin gələcəyi, ortaq dəyərlər ətrafında bir araya gəlmələrinin qlobal miqyasda ortaya çıxara biləcəyi “yumşaq güc” potensialı və Qəzzada baş verən proseslər fonunda İslam diasporunun Fələstin mübarizəsini dünyaya çatdırmaqda oynadığı mühüm rol kimi məsələlər müzakirə olunub.

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy çıxışında müsəlman diasporlarının keçmişdən bu günədək elm, incəsənət, sahibkarlıq və dövlət xidmətləri də daxil olmaqla bir çox sahədə dəyər yaratdığını bildirərək, ortaq həmrəyliyi gücləndirəcək güclü ekosistemin qurulmasının zəruriliyini vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Baş katibi Sultan Raev isə forum çərçivəsindəki qiymətləndirmələrini və çıxışını sentyabrın 9-da keçiriləcək sessiyada təqdim edəcək.

Media Qalereyası

WhatsApp Image 2026-09-08 at 22.12.55 (4)
WhatsApp Image 2026-09-08 at 22.12.55
WhatsApp Image 2026-09-08 at 22.12.55 (3)
WhatsApp Image 2026-09-08 at 22.12.55 (2)
WhatsApp Image 2026-09-08 at 22.12.54
WhatsApp Image 2026-09-08 at 22.12.55 (1)
WhatsApp Image 2026-09-08 at 22.12.54 (5)
WhatsApp Image 2026-09-08 at 22.12.54 (4)
WhatsApp Image 2026-09-08 at 22.12.54 (3)

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur