DSC08725
25 января 2026 г.

“İpək Yolu Boyunca Küçə Mənzərələri” foto­sərgisi Macarıstanda açılıb

25 января 2026 г.

“İpək Yolu Boyunca Küçə Mənzərələri” foto­sərgisi Macarıstanda açılıb

Özbəkistan Respublikasının TÜRKSOY Dövr Koordinatorluğu çərçivəsində hazırlanan, fotoqraf Ujvári Sándorun “Street View along the Silk Road – Utcakép a Selyemút mentén” adlı fotosərgisi Macarıstanın Kondoroş şəhərində yerləşən Fehérliliom Xalq Məktəbində (Fehérliliom Népfőiskola) təşkil olunan mərasimlə sənətsevərlərin ixtiyarına verilib.

Sərginin açılış mərasimində TÜRKSOY-un Baş katibi Sultan Raev, Özbəkistanın Macarıstandakı müvəqqəti işlər vəkili Şoxruz Samadov, Macarıstan Milli Assambleyasının sədr müavininin xüsusi katibi Dr. Judit Kisfauldi Bak, tanınmış macar aşpaz Gyula Prohászka, eləcə də çoxsaylı qonaqlar və mədəniyyət nümayəndələri iştirak ediblər.

Sultan Raev: “İpək Yolu qəlbləri birləşdirən yaddaş körpüsüdür”

Açılış mərasimində çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev sənətin birləşdirici gücünə diqqət çəkərək bildirib:

“Bu gün burada biz təkcə fotoşəkillərə deyil, qədim bir coğrafiyanın ruhuna və qardaşlığımızın izlərinə baxırıq. İpək Yolu tarix boyu yalnız ticarətin deyil, mədəniyyətlərin, inancların və insan talelərinin qovuşduğu nəhəng bir dəhliz olub. Macar fotoqraf Ujvári Sándorun obyektivindən əks olunan bu kadrlar Özbəkistandan Macarıstana uzanan dərin mədəni bağların bu gün də canlı şahididir. TÜRKSOY olaraq Türk Dünyasının bu ortaq yaddaşını vizual sənət vasitəsilə Avropanın mərkəzində nümayiş etdirməkdən və macar dostlarımızla bölüşməkdən böyük məmnunluq duyuruq.”

Sərgidə nümayiş etdirilən fotoşəkillərlə bağlı dəyərləndirmələri Fehérliliom Xalq Məktəbinin baş direktoru Vojtkó Ferenc və fotoqraf Ujvári Sándor təqdim ediblər. Çıxışlarda İpək Yolunun mədəni davamlılığı və insan həyatını əks etdirən zəngin məzmunu xüsusi vurğulanıb.

TÜRKSOY-un vizual sənət vasitəsilə Türk Dünyasının ortaq irsini beynəlxalq ictimaiyyətə təqdim etmək strategiyasının bir hissəsi olan “İpək Yolu Boyunca Küçə Mənzərələri” fotosərgisi 14 fevral 2026-cı ilədək Fehérliliom Xalq Məktəbində ziyarətçilər üçün açıq olacaq.

Media Qalereyası

DSC08829
DSC08815
DSC08720
DSC08736
DSC08709
DSC08687
DSC08835
DSC08836
DSC08788
DSC08762
DSC08654
DSC08683

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur