― 29 мая 2025 г.
Colon Mamıtov Türk Dünyası Gənc Şairlər Festivalı Oşda möhtəşəm mərasimlə başa çatıb
Qırğızıstanın Oş şəhərində keçirilən Colon Mamıtov Türk Dünyası Gənc Şairlər Festivalı coşqulu və mənalı bağlanış mərasimi ilə yekunlaşıb. Oş Dövlət Dram Teatrında baş tutan tədbir Türk Dünyasının ortaq mədəni irsinə və gənc ədəbi nəsillərə verilən dəyəri bir daha nümayiş etdirib.
Tədbirdə Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti naziri Mirbek Membetaliev, Oş şəhərinin meri Almaz Mambetov, TÜRKSOY-un baş katibi Sultan Raev, yerli idarəçilər, alimlər, incəsənət xadimləri, ədəbiyyatsevərlər, eləcə də Colon Mamıtovun həyat yoldaşı və ailə üzvləri iştirak ediblər.
Qırğızıstanın tanınmış sənətçilərinin çıxış etdiyi gecə musiqi, poeziya və rəqs nömrələri ilə zəngin mədəniyyət bayramına çevrilib. Festivalın bağlanış mərasimində 7 fərqli ölkədən qatılan təxminən 50 gənc şairə iştirak sənədləri və mükafatlar təqdim olunub. Müsabiqədə fərqlənən gənc şairlər mükafatlarını sahənin tanınmış simalardan alaraq böyük qürur hissi keçiriblər.
Tədbir çərçivəsində TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən festivala verdikləri töhfəyə görə Oş şəhərinin meri Almaz Mambetova və Oş Dövlət Universitetinin rektoru Zayirbek Ergeşova təşkilatın ən yüksək təltifi olan TÜRKSOY Şərəf Medalı təqdim edilib.
Tədbirdə aşağıdaki şairlərə mükafatları və iştirak sertifikatları verilib:
Azərbaycan; İntiqam Yaşar, Ayşan Rəhimova, Nadir Yalçın oğlu, Fərid Hüseynov
Macarıstan; Kollár Árpád, Mátyás Regős
Qazaxıstan; Erik Narinov, Omırtay Edilkhanuly, Araylım Murataliyeva, Merei Kart, Elmira Eskhozhayeva
Türkiyə; Sevgi Demirci, Yunus Karadağ
Türkmənistan; Mukhhamed Bekdiev, Daanatar Galpakov
Özbəkistan; Dadahon Muhammadiev, Erkinjon Khojimamatov
Niyatullo Elbek oğlu, Foyoz Yakhyokhon, Masikhulloh Madaminov, Shodi Otamurodov, Khulkar Sherzodova
Qırğızıstan; Maksat Jangaziev, İbragim Ayıp uulu, Sadır Turdubek uulu, Aizat Kudaiberdieva, Gulumkan İsaeva, Nursuluu Gurgubaeva, Nuriza Omurbayeva, Berdibek Jamgyrchiev
Bu ilki festival, gənc şairlərin yaradıcılığını təşviq etməklə yanaşı, Türk Dünyası ölkələri arasında mədəni əlaqələrin və ədəbi təcrübə mübadiləsinin gücləndirilməsini hədəfləyib.