DSC_7877
9 декабря 2025 г.

Çankırı Valisi Mustafa Fırat Taşolar TÜRKSOY-u ziyarət edib

9 декабря 2025 г.

Çankırı Valisi Mustafa Fırat Taşolar TÜRKSOY-u ziyarət edib

Çankırı Valisi Mustafa Fırat Taşolar və onu müşayiət edən heyət TÜRKSOY-un baş katibinin müavini Sayit Yusufla görüşüb. Səmimi şəraitdə keçən görüşdə TÜRKSOY-un Türk Dünyasının mədəniyyətinə yönəlik fəaliyyəti və Çankırıda keçirilməsi planlaşdırılan birgə tədbirlər müzakirə olunub.

TÜRKSOY-un baş katibinin müavini Sayit Yusuf görüş zamanı belə bir qiymətləndirmə aparıb: “Çankırı həm tariximizin izlərini daşıyan, həm də mədəni müxtəlifliyi ilə Türk Dünyası ilə güclü əlaqələr qurmağa imkan verən bir şəhərimizdir. TÜRKSOY olaraq mədəniyyət və incəsənət vasitəsilə bağlarımızı möhkəmləndirməyi önəmli hesab edirik. Çankırıda təşkili planlaşdırılan tədbirlər Türk Dünyasının zənginliyini daha geniş kütlələrə çatdıracaq.”

Çankırı Valisi Mustafa Fırat Taşolar isə əməkdaşlıq iradələrini bu sözlərlə ifadə edib: “Çankırı Türk mədəniyyətinin mühüm bir parçasıdır. Bu qədim irsi daha görünən etmək və şəhərimizi beynəlxalq mədəni tədbirlərlə tanıtmaq bizim üçün böyük önəm daşıyır. TÜRKSOY ilə həyata keçiriləcək işlərin həm Çankırıya, həm də Türk Dünyasına dəyər qatacağına inanırıq.”

Ziyarət qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Media Qalereyası

DSC_7879
DSC_7857
DSC_7877
DSC_7872
DSC_7866
DSC_7864
DSC_7856
DSC_7854

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur