TIM_4441
28 июня 2025 г.

“Bozqırın Səsi – Ata Sənəti”: Aktau şəhərində beynəlxalq əl sənətləri ustaları festivalı başladı

28 июня 2025 г.

“Bozqırın Səsi – Ata Sənəti”: Aktau şəhərində beynəlxalq əl sənətləri ustaları festivalı başladı

“2025 Aktau – Türk Dünyasının Mədəniyyət Paytaxtı” proqramı çərçivəsində təşkil olunan “Bozqırın Səsi – Ata Sənəti” adlı Beynəlxalq Əl Sənətləri Festivalı çərçivəsində sənətkarlar yarmarkası Aktau şəhərində öz işinə başlayıb. Regionun tarixində ilk dəfə keçirilən bu xüsusi tədbir Türk Dünyası və ona qohum xalqlardan olan çoxsaylı sənətkarları bir araya gətirib.

Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, Türkiyə, Başqırdıstan, Monqolustan, Kalmıkiya, Tıva və Çuvaşıstandan gəlmiş 45 əl sənəti ustası həm ənənəvi sənət nümunələrini təqdim edir, həm də ziyarətçilər üçün emalatxanalar və ustad dərsləri keçirirlər.

Festival çərçivəsində ənənəvi bəzək sənəti ilə müasir yaradıcı sənaye sahələrini bir araya gətirən tədbirdə iştirakçılar qarşılıqlı təcrübə və fikir mübadiləsi aparmaq imkanı da əldə ediblər.

Manqistau Regional Elmi-Metodiki Mədəniyyət Mərkəzinin direktoru Akmaral Zeyilova bildirib ki, festivalda iştirak edən sənətkarlar öz ölkə və bölgələrinin xarakterik motivlərini əks etdirən, qiymətli və yarımqiymətli daşlarla bəzədilmiş sənət nümunələri təqdim ediblər. Zeyilova çıxışında deyib:

“Beynəlxalq Əl Sənətləri Festivalı Aktau şəhərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi münasibətilə bölgəmizdə ilk dəfə keçirilir. Tədbirdə 15 xarici və 30 qazaxıstanlı sənətkar iştirak edir. Festivalın əsas məqsədi etnoturizmi inkişaf etdirmək, milli əl sənətlərini dəstəkləmək və yaradıcı iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirməkdir. Ustalar təkcə əsərlərini nümayiş etdirməklə kifayətlənməyib, həm də onların hazırlanma prosesini ziyarətçilərə canlı şəkildə göstərmək imkanı qazanıblar.”

TÜRKSOY-un Baş katibi Sultan Raev festivalın açılışı münasibətilə göndərdiyi təbrik məktubunda aşağıdakı fikirlərə yer verib:

“Ata yadigarı olan əl sənətlərimiz bizi keçmişimizə bağlayan və mədəni kimliyimizi yaşadan ən qiymətli dəyərlərimizdir. Aktau şəhərində keçirilən bu gözəl festival yalnız Türk xalqlarının ortaq irsini nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda usta əllərin zəhmətini, ortaq könül dilimizi bütün dünyaya çatdırır. TÜRKSOY olaraq, qeyri-maddi mədəni irsimizi yaşatmaq və onu gələcək nəsillərə ilham mənbəyi olaraq ötürmək istiqamətində fəaliyyətimizi qətiyyətlə davam etdirəcəyik. Festivalın təşkilində əməyi keçən hər kəsi səmimi qəlbdən təbrik edirəm.”

Qeyd edək ki, TÜRKSOY il ərzində “Türk Dünyası Mədəniyyət Paytaxtı – Aktau 2025” proqramı çərçivəsində bir sıra mədəni tədbirlərin keçirilməsini planlaşdırır.

Media Qalereyası

TIM_4524
TIM_4450
TIM_4441
TIM_4385
TIM_4279
TIM_4275
TIM_4261
TIM_4252
TIM_4246
TIM_4206
TIM_4151
TIM_4153

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur