― 22 февраля 2025 г.
Baş katib Sultan Raev, Kazak yazar Dulat İsabekov’un vəfatı ilə əlaqədar başsağlığı yayınladı
TÜRKSOY Baş katibi Sultan Raev, tanınmış yazar, dramaturq, Kazakistanın Əmək Qəhrəmanı və Dövlət Mükafatı sahibi Dulat İsabekovun vəfatı ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
Kazak ədəbiyyatı və teatrının seçilən nümayəndəsi, böyük yazar və dramaturq Dulat İsabekovun vəfatını böyük kədər ilə öyrəndik. Dulat ağabey Kazak ədəbiyyatının bir dövrünü özü ilə apardı. Dulat İsabekov böyük bir şəxsiyyət olaraq, çağımızın uca ruhu kimi xatırlanacaq. Böyük sənətkarlar yalnız yaşadıqları dövrə deyil, həm də gələcək nəsillərə işıq tuturlar. Dulat İsabekovun əsərləri bizdən sonrakı nəsillərə də rəhbərlik edəcək və onların ruh dünyasını zənginləşdirməyə davam edəcəkdir.
Dulat ağabeylə son dəfə, Kazakistan Yazıçılar Birliyində 90-ıncı yaş günü münasibətilə görüşüb əl sıxaraq salamlaşmışdım. Daha sonra “Gauhartas” adlı əsərini izləyib, onu bəyəndiyimi də xatırlayıram. Onun sənəti, sözləri və əsərləri hər zaman xalqımızın mənəviyyatının zirvəsində yer alacaqdır.
Kazak ədəbiyyatının parlaq dağı, Kazak mədəniyyətinin qiymətli bir siması olan Dulat ağabey, aramızdan ayrılsa da, geridə qoyduğu mirası və əsərləri heç vaxt itməyəcək, heç kim onu silib ata bilməyəcəkdir. O, qəlbimizdə sonsuza qədər yaşayacaqdır. Dulat İsabekov, sözləri ilə insan ruhuna toxunan, cəmiyyətin aynası olan böyük bir usta idi. Onun qələmində xalqının duyğuları və düşüncələri ən sadə və ən təsirli şəkildə əks olunurdu.
Böyük sözləri və əsərləri ilə Türk Dünyasının mənəviyyatına qiymətsiz töhfələr verən Dulat İsabekovun ruhu şad olsun. İsabekovun xatirəsini yaşatmaq, onun əsərlərini oxumaq və anlatmaqla mümkündür. Bizlər, mərhumun adını hər zaman hörmət və minnətlə xatırlayacağıq.
Onun vəfatı bizim üçün böyük bir itki oldu. Geridə unudulmaz bir ədəbi miras qoyan Dulat İsabekovun ailəsinə, yaxınlarına və Türk Dünyasına ən dərin başsağlığı diləyirəm.