2b5867d5-5a6e-4180-98ef-a4c2f36ab4da.jfif
29 апреля 2025 г.

Baş katib Raev, professor Seyit Askarulı Qasqabasovun vəfatı ilə bağlı başsağlığı mesajı yayımladı

29 апреля 2025 г.

Baş katib Raev, professor Seyit Askarulı Qasqabasovun vəfatı ilə bağlı başsağlığı mesajı yayımladı

Baş katib Raev, professor Seyit Askarulı Qasqabasovun vəfatı ilə bağlı başsağlığı mesajı yayımladı

Türk Dünyasının elm və mədəniyyət həyatında əvəzsiz xidmətləri olmuş, Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki, ədəbiyyat və xalq bilikləri sahəsində beynəlxalq nüfuza sahib tanınmış alim, filologiya elmləri doktoru, Qazax xalq mədəniyyətinin canlı yaddaşı olan professor Seyit Askarulı Qasqabasovun vəfat xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Seyit Qasqabasov hocamız, ömrünü Qazax xalq ədəbiyyatı, folklor və şifahi mədəni irsin dərin qatlarına həsr etmiş, bu qədim dəyərləri həm elmi səviyyədə, həm də könül dili ilə şərh etmiş nadir şəxsiyyətlərdən biri idi.
“Kazax Xalq Prozası”, “Abay və Folklor”, “Zolotaya Jıla”, “Janazık” kimi dəyərli əsərləri ilə yalnız Qazaxıstanda deyil, bütün Türk coğrafiyasında elm və maarif yolunu işıqlandırmışdır.

Milli şüurun səsləndirilməsinin, yazılmasının və obyektiv elmi araşdırmaların dərc olunmasının qadağan edildiyi dövrlərdən müstəqil Qazaxıstanın bayrağını yüksəltdiyi dövrlərə qədər xalqını irəli aparan bu böyük alim, yaratdığı əsərlər və yetişdirdiyi alimlərlə tarixdə öz layiqli yerini almışdır. Onun əziz xatirəsi qarşısında baş əyirəm.

Yetişdirdiyi tələbələr, qələmə aldığı əsərlər və qoyub getdiyi elmi irs, onun ölümsüzlüyünün ən güclü təminatıdır.

Onun vəfatı yalnız Qazaxıstanın deyil, bütün Türk Dünyasının qəlbinə od salmış, böyük bir dəyərin itkisi olmuşdur.

Kədərli ailəsinə, elmi ictimaiyyətə, tələbələrinə və həmkarlarına ən dərin hüznlə başsağlığı verir, bu böyük itkinin ağrısını bölüşürük.

Ruhu şad, məkanı cənnət olsun.

Hörmət və rəhmətlə,
Sultan RAEV
TÜRKSOY-un Baş katibi

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur