WhatsApp Image 2025-06-12 at 08.12.43 (3)
12 июня 2025 г.

“Aytmatov və rəsm dünyası” sərgisi Bişkekdə açıldı

12 июня 2025 г.

“Aytmatov və rəsm dünyası” sərgisi Bişkekdə açıldı

 

Qırğız ədəbiyyatının dünya şöhrətli nümayəndəsi Cingiz Aytmatovun sənətini və düşüncə mirasını vizual sənətlə birləşdirən “Aytmatov və rəsm dünyası” adlı sərgi 8 iyun 2025-ci il tarixində Bişkekdəki Qapar Aitiyev Milli Sənət Muzeyində açılıb.

Sərgi “Cingiz Aytmatov, Türk Dünyasının Gələcəyi” adlı beynəlxalq forum çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşkil olunub. Tədbir Cingiz Aytmatov İnstitutu ilə Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyinin əməkdaşlığı ilə gerçəkləşib. Buna əlavə olaraq, Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdə Yaşayan Türklər və Əqraba Toplumları Başqanlığı (YTB) və Yunus Əmrə İnstitutu da tədbirə dəstək verib.

Cingiz Aytmatovun ədəbi əsərlərindən ilhamlanaraq hazırlanan çoxsaylı tabloların nümayiş olunduğu sərginin açılış mərasimində qısa salamlaşma nitqləri səsləndirilib. Açılışda çıxış edən TÜRKSOY Baş katibi Sultan Raev Aytmatovun təkcə Qırğız xalqının deyil, bütün Türk Dünyasının ortaq yaddaşında dərin iz qoyduğunu bildirib. Türkiyə Böyük Millət Məclisinin millət vəkili və Cingiz Aytmatov İnstitutunun sədri professor İlyas Topsakal isə Aytmatovun fikir dünyasının yalnız keçmişi deyil, gələcəyi də işıqlandırdığını vurğulayıb.

Mərasimdə həmçinin Azərbaycanın Dövlət Rəssamı, professor Sakit Məmmədov və Cingiz Aytmatovun oğlu, Cingiz Aytmatov Fondunun sədri Eldar Aytmatov çıxış edərək Aytmatovun sənətlə bağlılığını və qoyub getdiyi dərin mirası danışıblar.

Sərginin kuratorluğunu Qırğız Respublikası Rəssamlar İttifaqının sədri Jakşıbek Junuşev həyata keçirib. Açılış və salamlaşma nitqlərindən sonra lenti kəsərək sənətsevərlər Aytmatovun ədəbi dərinliyini əks etdirən əsərləri yaxından tanımaq imkânı əldə ediblər.

Türk Dünyasının ortaq mədəni dəyərlərindən biri olan Cingiz Aytmatovun sənətdəki əks-sədasını gələcək nəsillərə ötürmək məqsədilə hazırlanan bu mənalı sərgi 13 iyun 2025-ci il tarixinə qədər ziyarətçilərə açıq olacaq.

Media Qalereyası

WhatsApp Image 2025-06-12 at 08.13.49
WhatsApp Image 2025-06-12 at 08.13.49 (2)
WhatsApp Image 2025-06-12 at 08.13.49 (1)
WhatsApp Image 2025-06-12 at 08.12.43
WhatsApp Image 2025-06-12 at 08.12.43 (9)
WhatsApp Image 2025-06-12 at 08.12.43 (8)
WhatsApp Image 2025-06-12 at 08.12.43 (7)
WhatsApp Image 2025-06-12 at 08.12.43 (6)
WhatsApp Image 2025-06-12 at 08.12.43 (4)
WhatsApp Image 2025-06-12 at 08.12.43 (5)
WhatsApp Image 2025-06-12 at 08.12.43 (2)
WhatsApp Image 2025-06-12 at 08.12.43 (1)
WhatsApp Image 2025-06-12 at 08.12.42

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur