WhatsApp Image 2025-09-19 at 11.29.41
18 сентября 2025 г.

Astanada TÜRKSOY-a böyük şərəf: Sultan Raevə Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının Fəxri Medalı təqdim edildi

18 сентября 2025 г.

Astanada TÜRKSOY-a böyük şərəf: Sultan Raevə Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının Fəxri Medalı təqdim edildi

Qazaxıstanın paytaxtı Astanada keçirilən VIII Dünya və Ənənəvi Din Liderləri Qurultayı çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müxtəlif ölkələrdən gələn din xadimlərinə, alimlərə və mədəniyyət nümayəndələrinə Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının Fəxri Medalını təqdim edib.

Bu mənalı mərasimdə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev də Qurultay Fəxri medalı ilə təltif edilib. Qazaxıstan dövlətinin bu yüksək nişanı, Türk Dünyasının mədəni birliyi və ortaq dəyərlərinin tanıdılmasına verdiyi töhfələrinə görə Sultan Raevə təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra çıxış edən Sultan Raev belə qeyd edib:
“Bu medal yalnız mənim şəxsimə deyil, TÜRKSOY-a və Türk Dünyasının ortaq mədəni irsini yaşatmaq istiqamətində gördüyümüz işlərə verilmiş böyük bir qiymətdir. Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayevə və bu şərəfi bizimlə bölüşən qardaş Qazax xalqına dərin minnətdarlığımı bildirirəm.”

TÜRKSOY-un Baş katibi Sultan Raevin bu mühüm mükafata layiq görülməsi, təşkilatın Türk Dünyası mədəniyyətinin tanıdılması və ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinə verilən yüksək dəyərin konkret göstəricisi kimi qiymətləndirilib.

Media Qalereyası

WhatsApp Image 2025-09-19 at 11.29.41

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur