WhatsApp Image 2025-06-16 at 08.06.43 (2)
16 июня 2025 г.

Aqtau şəhərindəki Beynəlxalq Festival açıq hava qala konserti ilə başa çatdı

16 июня 2025 г.

Aqtau şəhərindəki Beynəlxalq Festival açıq hava qala konserti ilə başa çatdı

Aqtau şəhərinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması münasibətilə təşkil olunan Beynəlxalq Xalq Musiqisi Kollektivləri və Xalq Çalğı Alətləri İfaçıları Festivalı üç gün davam edən möhtəşəm tədbirlərdən sonra təntənəli qala konserti ilə başa çatıb. Manqistau vilayətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin verdiyi məlumata görə, festival böyük maraqla və geniş iştirakla keçirilib.

Gala konsertində İran, Qırğızıstan, Özbəkistan, Rusiya, Atırau və Qızılorda bölgələrindən gələn musiqi kollektivləri çıxış edərək öz ölkə və bölgələrinin zəngin musiqi irsini uğurla təqdim ediblər. Tədbirdə iştirak edən sənətçilər yüksək səviyyəli çıxışları ilə tamaşaçıların böyük alqışını qazanıblar.

Festivalın bağlanışı münasibətilə teleqram göndərən TÜRKSOY-un Baş katibi Sultan Raev, Beynəlxalq Xalq Musiqisi Kollektivləri və Xalq Çalğı Alətləri İfaçıları Festivalının Türk Dünyasının ortaq mədəni irsinin tanıdılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Türk Dünyasının mədəniyyət paytaxtı elan edilən Aqtau şəhərində keçirilən bu səviyyəli tədbirin il ərzində gerçəkləşdiriləcək mədəni fəaliyyətlər üçün güclü bir başlanğıc olduğunu qeyd edən Raev mesajında aşağıdakı fikirlərə yer verib:

“Türk Dünyasının qədim musiqi ənənəsi, hər bölgənin özünəməxsus çalarlarını daşıyan nəğmələrlə formalaşaraq lokal səviyyədən ümumbəşəri səviyyəyə yüksələn sehrli bir mədəni körpü yaradır. Bu festival yalnız musiqi bayramı deyil, eyni zamanda xalqlarımız arasında qarşılıqlı anlaşmanı, qardaşlıq və ortaq kimlik duyğusunu gücləndirən mənalı bir görüşdür. Aqtau şəhərində il boyu davam edəcək tədbirlərlə bu mədəni birliyin daha da möhkəmlənəcəyinə tam inanıram. Bu münasibətlə festivalın təşkilində əməyi keçən bütün qurumlara və sənətçilərə səmimi təşəkkürlərimi bildirirəm.”

Qala konsertdə çıxış edən Atırau bölgəsinin etno-folklor kollektivi – “Sarmad”ın üzvü Akböken Temir tədbirlə bağlı fikirlərini belə ifadə edib: 

“İki gün ərzində Aqtau sakinləri konsertləri böyük diqqət və maraqla izlədilər. Biz də bu gün həm öz bəstələrimizi, həm də xalq bəstəkarlarının əsərlərini müasir yozumda təqdim etdik. ‘Alaş Amanatı’, ‘Kenessarı’, ‘Kasım Xan’ və xalq mahnısı olan ‘Ağugay’ kimi əsərləri səsləndirdik. Aqtau sakinlərinin göstərdiyi maraq və coşğu bizi dərin şəkildə təsirləndirdi.”

Festivalın sonunda Aqtau şəhərinin meri Abılxayır Baypakov və TÜRKSOY-un nümayəndəsi Arman Nurmaxamatulı festivalda iştirak edən sənətçilərə xüsusi təşəkkürnamələr və xatirə plaketləri təqdim ediblər.

TÜRKSOY-un Aqtau şəhərindəki mədəni tədbirləri “Türk Dünyasının Mədəniyyət Paytaxtı” proqramı çərçivəsində il ərzində davam edəcək.

Media Qalereyası

WhatsApp Image 2025-06-16 at 08.06.44 (2)
WhatsApp Image 2025-06-16 at 08.06.44 (1)
WhatsApp Image 2025-06-16 at 08.06.43 (3)
WhatsApp Image 2025-06-16 at 08.06.43 (2)
WhatsApp Image 2025-06-16 at 08.06.43 (1)

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur