― 28 июня 2025 г.
Aktauda "VIII Türk Dünyası Qadın və Moda Festivalı" başladı
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə 2025-ci il üçün Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilən Aktauda təşkil olunan “VIII Türk Dünyası Qadın və Moda Günləri” zəngin tərkibli dəfilə ilə start aldı.
TÜRKSOY, Mangistau Valiliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı ilə 28-29 iyun tarixlərində keçirilən festival Türk Dünyasının müxtəlif nöqtələrindən gələn ənənəvi əl sənətləri və etnik moda sahəsində tanınmış şəxsləri bir araya gətirir. Tədbir çərçivəsində sərgilər, emalatxanalar, ustad dərsləri və dəfilələr böyük maraqla qarşılanıb.
Aktau Amfiteatrında təşkil olunan xüsusi dəfilədə Türk Dünyasının müxtəlif ölkələrindən gələn dizaynerlər ənənəvi naxışları müasir xəttlərlə birləşdirərək ipəkdən keçəyə, miniatürdən toxumaya qədər uzanan mədəni temaları səhnədə stilizə kolleksiyalarla təqdim ediblər. Türkiyəni təmsil edərək festivale qatılan dizayner Göydə İşbilir və İzmirlərin Olgunlaşma İnstitusunun müasir dizaynlarla zənginləşdirilmiş ənənəvi geyim kolleksiyaları tamaşaçılardan yüksək qiymət alıb.
Tədbirin açılışında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev qadın temasının daşıdığı mənanı belə sözlərlə vurğulayıb:
“Qadın Türk Dünyası mədəniyyətinin daşıyıcısıdır! Əl əməyi ilə bəzədilmiş hər naxış təkcə estetik bir element deyil, eyni zamanda kimliyimizin, tariximizin və ruhumuzun əksidir.”
Raev nitqində həmçinin Türk Dünyasının ümumi mədəniyyətini yaşatma qayəsini vurğulayıb və belə danışıb:
“Bu görüş təkcə bir festival deyil; qədim ruhumuzun yenidən xatırlanması, mədəni köklərimizin birgə şəkildə inkişaf etdiyi birlik və dəstək anıdır. Stilizə edilmiş əl sənətləri müasir moda ilə birləşərək keçmişin estetik dəyərlərini bu günün dünyası ilə qarşılaşdırır.”
Raev Tomris Xatun’dan Xan Sultan’a qədər uzanan tarixi yaddaşda qadının yerinin həmişə xüsusi olduğunu xatırladıb və “Qadını mərkəzə alan bu layihə Türk Dünyasında mədəniyyət və incəsənət sahəsində ortaq gələcək vizyonunun ifadəsidir,” – deyə əlavə edib.
Dəfiləyə TÜRKSOY Baş Katibi Sultan Raevin yanı sıra Aktau şəhər başçısı Abilkair Bayipakov, Türkiyə Respublikasının Aktau Başkonsulu Sabri Alptekin və Özbəkistan Respublikasının Aktau Başkonsulu Camoliddinhoca Abdukarimov da qatılıb.
Festival Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, Monqolustan və Şimali Makedoniyanın da iştirakı ilə 13 ölkə və regiondan qatılımcılarla həyata keçirilir. Bu geniş iştirak İpək Yolunun mədəni irsini moda dili ilə şərh edərək Türk Dünyasının sənət gücünü ortaya qoyur.
Tədbirdə həmçinin ənənəvi üsullarla hazırlanmış 12 metrlik nəhəng keçə xalça da sərgilənməyə başlanıb. Sənətkarların aylarca davam edən əməyi ilə hazırlanan bu əsər il boyu Aktauda sənətsevərlərin ziyarətinə açiq olacaq.