WhatsApp Image 2025-09-18 at 00.15.16
18 сентября 2025 г.

Aktau’da Türk Ölkələri Fotoqrafları Sərgi-Festivalı çərçivəsində keçirilən fotosafari başa çatdı

18 сентября 2025 г.

Aktau’da Türk Ölkələri Fotoqrafları Sərgi-Festivalı çərçivəsində keçirilən fotosafari başa çatdı

Türk Dünyası Mədəniyyət Paytaxtı tədbirləri çərçivəsində təşkil olunan Türk Ölkələri Fotoqrafları Sərgi-Festivalının ən həyəcanlı bölümlərindən biri olan üçgünlük fotosafari uğurla yekunlaşıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Şimali Kipr Türk Respublikası, Macarıstan, Kabardin-Balkar və Başqırdıstandan gələn fotoqraflar Manğıstau bölgəsinin dünyaca məşhur təbii gözəlliklərini əhatə edən Toryş (Kürələr Vadisi), Şerkala, Ayraktı (Şato Vadisi), Bozzıra, Senek və Qızılkup marşrutu üzrə unudulmaz çəkilişlər aparıblar. Safari zamanı yalnız möhtəşəm təbiət mənzərələri deyil, kəndlərdə keçirilən mədəni tədbirlər, yerli həyat tərzi və ənənələr də obyektivlərə əks olunub.

Günəşin doğuşu və qürubunun bənzərsiz rəngləri, gecəni bəzəyən ulduzlu səma fotoqraflara ilham verib. İştirakçılar təbii və mədəni elementləri bədii baxış bucağı ilə birləşdirərək Türk Dünyasının ortaq ruhunu, tarixini və dəyərlərini əks etdirən orijinal kadrlar yaradıblar.

Safari çərçivəsində çəkilən fotolar sənətçilərin diqqətlə seçimi və işlənməsindən sonra 19 sentyabrda M.Ö.K. Sıdıyıkov adına Manğıstau Vilayət Xalq Kitabxanasının foyesində açılacaq sərgidə sənətsevərlərin ixtiyarına veriləcək. Sərgi, Türk Dünyasının müxtəlif coğrafiyalarından gələn fotoqrafların işlərini bir araya gətirərək yalnız təbiətin gözəlliklərini deyil, insan hekayələrini, mədəni müxtəlifliyi və sənətin birləşdirici gücünü də ziyarətçilərə təqdim edəcək.

Media Qalereyası

WhatsApp Image 2025-09-18 at 00.15.15
WhatsApp Image 2025-09-18 at 00.15.06
WhatsApp Image 2025-09-18 at 00.15.15 (3)
WhatsApp Image 2025-09-18 at 00.15.16
WhatsApp Image 2025-09-18 at 00.15.15 (1)
WhatsApp Image 2025-09-18 at 00.15.15 (2)
WhatsApp Image 2025-09-18 at 00.15.10
WhatsApp Image 2025-09-18 at 00.15.10 (1)
WhatsApp Image 2025-09-18 at 00.15.08
WhatsApp Image 2025-09-18 at 00.15.07
WhatsApp Image 2025-09-18 at 00.15.06 (2)
WhatsApp Image 2025-09-18 at 00.15.06 (3)
WhatsApp Image 2025-09-18 at 00.15.06 (1)
WhatsApp Image 2025-09-18 at 00.15.04
WhatsApp Image 2025-09-18 at 00.15.04 (1)
WhatsApp Image 2025-09-18 at 00.15.03
WhatsApp Image 2025-09-18 at 00.15.03 (1)

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur