― 19 сентября 2025 г.
19-cu TÜRKSOY Fotoqraflar Görüşü Sərgisi Aktauda açıldı
Türk Dünyası Mədəniyyət Paytaxtının açılış tədbirləri çərçivəsində keçirilən 19-cu TÜRKSOY Fotoqraflar Görüşü nəticəsində ortaya çıxan əsərlərdən ibarət sərgi Manqıstau Vilayət Xalq Kitabxanasının binasında sənətsevərlərə təqdim olunub.
Açılış mərasimində TÜRKSOY-un baş katibi Sultan Raevin təbrik müraciəti təşkilat adından iştirakçılara çatdırılıb. Raev müraciətində sərginin əhəmiyyətinə toxunaraq deyib:
“2025 Aktau – Türk Dünyası Mədəniyyət Paytaxtı açılış tədbirləri çərçivəsində keçirdiyimiz 19-cu TÜRKSOY Fotoqraflar Görüşü nəticəsində əldə olunan kadrların toplandığı bu sərgidə sizləri görməkdən böyük məmnunluq duyuram.
Məqsədimiz Aktau və Manqıstau bölgəsinin tarixi irsini, təbii gözəlliklərini, adət-ənənələrini tanıtmaqdır. Fotoqrafların obyektivindən əks olunan görüntülər tədbirdən sonra albom şəklində nəşr edilərək bu coğrafiyanın mədəni irsini gələcək nəsillərə daşıyacaq.”
Baş katib Raev, həmçinin bu mənalı layihəyə dəstək göstərən Qazaxıstan Respublikasının Mədəniyyət Nazirliyinə, Manqıstau Vilayət Hakimiyyətinə, Aktau Şəhər Bələdiyyəsinə, Türkiyə Respublikasının Aktau Baş Konsulluğuna, Özbəkistan Respublikasının Aktau Baş Konsulluğuna, Azərbaycan Respublikasının Aktau Baş Konsulluğuna, fotoqraf sənətçilərinə və sənətsevərlərə təşəkkürünü bildirib.
Sərgidə Xəzər dənizinin incisİ Aktau ilə Manqıstau bölgəsinin təbii və mədəni zənginlikləri, sosial həyatı və müasir siması bir-birindən təsirli kadrlarla sənətsevərlərin zövqünə təqdim olunub. İştirakçılar Türk Dünyasının ortaq mədəni irsini vizual bir şöhrət içində yaşamaq imkanı əldə ediblər.
19-cu TÜRKSOY Fotoqraflar Görüşü Sərgisi 2025-ci il sentyabrın 30-dək ziyarətçilərin üzünə açıq olacaq.